Əl-İsra surəsi · 55-ci ayə

Sənin Rəbbin göylərdə və yerdə olan hər bir kəsin halını kamil şəkildə bilir. Şübhəsiz, Biz peyğəmbərlərin bəzisini (elm və nəfsi fəzilətlərdə, möcüzələrdə, risalətdə, şəriətdə və kitabda) bəzisindən üstün etdik və Davuda Zəbur verdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 55
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Rəbbin göylərdə və yerdə olanı daha yaxşı bilir. Əlbəttə, Biz bəzi peyğəmbərlərə başqalarından üstünlük verdik. Davuda Zəbur əta etdik.”
Nöqtələr
Ötən ayələrdə Allahın insanlardan xəbərdarlığı qeyd olundu. Bu ayədə isə səmada və yerdə olan bütün mövcudlardan agahlıq bəyan olunur.
Hədisdə deyilir: Peyğəmbərlər 124 min nəfər olmuşlar. Onlardan bəziləri bütün xalqa məbus olub səmavi kitab gətirmiş, bəziləri bir məntəqə və ya qövmə göndərilərək böyük peyğəmbərin göstərişini yerinə yetirmişlər.
Bildirişlər
1. Peyğəmbərlər Allahın xüsusi nəzarəti altındadırlar.
2. Aləm Allahın hüzurundadır və O hər şeydən xəbərdardır.
3. Səmada da şüurlu mövcudlar var.
4. Peyğəmbərlər arasında da mərtəbələr və üstünlüklər mövcuddur. Hətta ən üstün insanlar və müttəqilər də eyni səviyyədə deyil.
5. Allahın birini o birindən üstün etməsi Onun hər şeyi əhatə edən elminə əsaslanır.
6. Səmavi kitab peyğəmbərin üstünlük nişanəsidir.
7. Əsas üstünlük var-dövlət, vəzifə, ömrün uzunluğu deyil, elmi üstünlükdür.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 55-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 55-ci ayəsi nə haqqındadır?
Sənin Rəbbin göylərdə və yerdə olan hər bir kəsin halını kamil şəkildə bilir. Şübhəsiz, Biz peyğəmbərlərin bəzisini (elm və nəfsi fəzilətlərdə, möcüzələrdə, risalətdə, şəriətdə və kitabda) bəzisindən üstün etdik və Davuda Zəbur verdik.
Əl-İsra surəsi 55-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 55-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 55-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 55-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 55-ci ayənin təfsiri nədir?
"Rəbbin göylərdə və yerdə olanı daha yaxşı bilir. Əlbəttə, Biz bəzi peyğəmbərlərə başqalarından üstünlük verdik. Davuda Zəbur əta etdik.”NöqtələrÖtən ayələrdə Allahın insanlardan xəbərdarlığı qeyd olundu. Bu ayədə isə səmada və yerdə olan bütün mövcudlardan agahlıq bəyan olunur.Hədisdə deyilir: Peyğəmbərlər 124 min nəfər olmuşlar. Onlardan bəziləri bütün xalqa məbus olub səmavi kitab gətirmiş, bəziləri bir məntəqə və ya qövmə göndərilərək böyük peyğəmbərin göstərişini yerinə yetirmişlər.Bildiriş...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.