Əl-İsra surəsi · 56-cı ayə

De: «Barələrində allahlıq gümanında olduğunuz Ondan (Allahdan) qeyrilərini (bütləri, mələkləri, Məsihi və digərlərini) çağırın, onda (görəcəksiniz ki,) sizdən əsla nə bir zərər-ziyanı dəf etməyə malikdirlər, nə də onu başqasına yönəltməyə qadirdirlər.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 56
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"De ki, Allahdan savay məbud saydıqlarınızı çağırın. Onlar sizin nə çətinliyinizi həll edə bilər, nə də onu dəyişməyi bacararlar.”
Bildirişlər
1. Allahdan qeyrisinin sorağınca getmək və ona ümid bağlamaq puç bir xəyaldır.
2. Təbliğdə həqiqət bəyan olunmalıdırsa da, xalqa seçim azadlığı vermək lazımdır.
3. İnsanda hansısa gücə sığınmaq meyli pərəstiş üçün əsas olur. Bütlərdə isə pərəstiş olunası güc yoxdur.
4. Allahdan qeyrisi insanın rastlaşdığı təhlükəni nə ondan uzaqlaşdıra bilər, nə dəyişə, nə də yüngülləşdirə bilər. (Allah övliyalarının şəfaətinə inam Allahın izni ilə mümkün olur və ayrıca bir məsələdir.)

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 56-cı ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 56-cı ayəsi nə haqqındadır?
De: «Barələrində allahlıq gümanında olduğunuz Ondan (Allahdan) qeyrilərini (bütləri, mələkləri, Məsihi və digərlərini) çağırın, onda (görəcəksiniz ki,) sizdən əsla nə bir zərər-ziyanı dəf etməyə malikdirlər, nə də onu başqasına yönəltməyə qadirdirlər.»
Əl-İsra surəsi 56-cı ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 56-cı ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 56-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 56-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 56-cı ayənin təfsiri nədir?
"De ki, Allahdan savay məbud saydıqlarınızı çağırın. Onlar sizin nə çətinliyinizi həll edə bilər, nə də onu dəyişməyi bacararlar.”Bildirişlər1. Allahdan qeyrisinin sorağınca getmək və ona ümid bağlamaq puç bir xəyaldır.2. Təbliğdə həqiqət bəyan olunmalıdırsa da, xalqa seçim azadlığı vermək lazımdır.3. İnsanda hansısa gücə sığınmaq meyli pərəstiş üçün əsas olur. Bütlərdə isə pərəstiş olunası güc yoxdur.4. Allahdan qeyrisi insanın rastlaşdığı təhlükəni nə ondan uzaqlaşdıra bilər, nə dəyişə, nə də ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.