Əl-İsra surəsi · 57-ci ayə

(Bu kafirlərin tanrı kimi) çağırdıqlarının özləri hansının (Allaha) daha yaxın olması(nı bilmək) üçün öz Rəbbinə bir vasitə axtarır, Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 57
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Onların çağırdıqları (İsa və ya mələklər) özləri Rəblərinə yaxınlıq üçün daha yaxın bir vasitə axtarırlar. Onun rəhmətinə ümid edir, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı həzər qılınasıdır.”
Nöqtələr
Ayə belə də tərcümə oluna bilər: "Xalqı haqqa dəvət edən peyğəmbərlər özləri də onları daha tez və daha çox Allaha yaxınlaşdırası vasitə sorağındadırlar. Allaha yaxın peyğəmbər belə Ona doğru daha çox can atmaqdadır.
Bir çox rəvayətlərdə ayə ilə bağlı bildirilir ki, insanda ümid və qorxu eyni həddə olmalıdır. Əks-təqdirdə, insan ya məyus olur, ya da qürrələnir.
Bildirişlər
1. Ümid və qorxu bağlılıq və zəiflik nişanəsidir. Özü vasitə sorağında olan insanı hansı əsasla vasitə seçmək olar?!
2. Allaha yaxınlıq üçün yollar və vasitələr mövcuddur.
3. Vasitə axtaran və şəfaət sorağında olan insan ilahi əzabı yaddan çıxarmamalıdır.
4. Allaha yaxınlıqda yarış və müsabiqənin dəyəri var. (Allaha daha yaxın olan kəsin yaxınlıq üçün vasitə axtarışı, səyi də çoxdur).
5. Ən üstün vasitə insanı Allaha yaxınlaşdıran vasitədir.
6. Allahın mərhəməti onun qəzəbindən öndə gəlir. (Mərhəmətə ümid əzab qorxusundan əvvəl zikr edilir.)
7. Əzab Allahın rübubiyyət şənindəndir, onunla zarafat olmaz.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 57-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 57-ci ayəsi nə haqqındadır?
(Bu kafirlərin tanrı kimi) çağırdıqlarının özləri hansının (Allaha) daha yaxın olması(nı bilmək) üçün öz Rəbbinə bir vasitə axtarır, Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir.
Əl-İsra surəsi 57-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 57-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 57-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 57-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 57-ci ayənin təfsiri nədir?
"Onların çağırdıqları (İsa və ya mələklər) özləri Rəblərinə yaxınlıq üçün daha yaxın bir vasitə axtarırlar. Onun rəhmətinə ümid edir, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı həzər qılınasıdır.”NöqtələrAyə belə də tərcümə oluna bilər: "Xalqı haqqa dəvət edən peyğəmbərlər özləri də onları daha tez və daha çox Allaha yaxınlaşdırası vasitə sorağındadırlar. Allaha yaxın peyğəmbər belə Ona doğru daha çox can atmaqdadır.Bir çox rəvayətlərdə ayə ilə bağlı bildirilir ki, insanda ümid və qorxu eyni...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.