Əl-İsra surəsi · 58-ci ayə

Biz Qiyamət günündən qabaq hər bir (azğın) cəmiyyəti (öz cari qayda-qanunlarımıza uyğun olaraq, ümumi bir ölümlə) həlak edəcək və ya şiddətli bir əzaba (qıtlığa, vəbaya və digər xəstəliklərə) düçar edəcəyik. [Və ya: Qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə və pislərini şiddətli bir əzabla həlak edəcəyik ki, yer üzündə heç kəs qalmasın.] (Bizim) bu (üsulumuz əzəli elmə əsasən Lövhi-Məhfuz) kitab(ın)da yazılmışdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 58
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Qiyamətdən öncə həlak edilməyən və ya şiddətli əzaba düçar olunmayan bir məntəqə yoxdur. Bu, ilahi kitabda təsbit olunmuşdur.”
Nöqtələr
"Qəryə” dedikdə xalqın toplaşdığı şəhər və ya kənd nəzərdə tutulur. "Əl-kitab” sözü isə "lövhi-məhfuz”, yəni toxunulmaz təqdir lövhəsi mənasını bildirir. "Əl-kitab” dedikdə ümmətlərin süqut səbəblərinin əks olunduğu Quran da nəzərdə tutula bilər.
Bildirişlər
1. Dünya həyatı kimsə üçün əbədi deyil.
2. Yer üzündə həyat büsatının süqutu təsadüf deyil, ilahi qanuna əsaslanır. Fəlakətlər Allah tərəfindən öncədən təyin və qeyd olunmuşdur.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 58-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 58-ci ayəsi nə haqqındadır?
Biz Qiyamət günündən qabaq hər bir (azğın) cəmiyyəti (öz cari qayda-qanunlarımıza uyğun olaraq, ümumi bir ölümlə) həlak edəcək və ya şiddətli bir əzaba (qıtlığa, vəbaya və digər xəstəliklərə) düçar edəcəyik. [Və ya: Qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə və pislərini şiddətli ...
Əl-İsra surəsi 58-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 58-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 58-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 58-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 58-ci ayənin təfsiri nədir?
"Qiyamətdən öncə həlak edilməyən və ya şiddətli əzaba düçar olunmayan bir məntəqə yoxdur. Bu, ilahi kitabda təsbit olunmuşdur.”Nöqtələr"Qəryə” dedikdə xalqın toplaşdığı şəhər və ya kənd nəzərdə tutulur. "Əl-kitab” sözü isə "lövhi-məhfuz”, yəni toxunulmaz təqdir lövhəsi mənasını bildirir. "Əl-kitab” dedikdə ümmətlərin süqut səbəblərinin əks olunduğu Quran da nəzərdə tutula bilər.Bildirişlər1. Dünya həyatı kimsə üçün əbədi deyil.2. Yer üzündə həyat büsatının süqutu təsadüf deyil, ilahi qanuna əsas...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.