Əl-İsra surəsi · 59-cu ayə

Möcüzələri (Qüreyşin istədikləri möcüzələri) göndərməyə Bizə yalnız keçmişdəkilərin onları təkzib etmələri (və əzaba layiq olmaları) mane oldu (və bunlar da təbiətcə onlara oxşar olduqları üçün Biz bunlara möhlət vermək istəyirik). Və Səmud qövmünə aşkarcasına dəvə (möcüzəsi)ni verdik. Beləliklə onlar onunla (dəvəni öldürməklə ona və özlərinə) zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 59
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Ayə və möcüzələr göndərməyimizə yalnız keçmiş ümmətlərin təkzibi mane oldu. Biz Səmud qövmünə (düşüncələri) aydınladan dişi bir dəvə verdik. Amma ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndərərik.”
Nöqtələr
Bəhanəcil Məkkə kafirləri Peyğəmbərdən (s) çoxsaylı möcüzələr istədilər. Onlar hətta Məkkə dağlarının qızıla çevrilməsi arzusunda idilər. Bəzən də dağların yerinin dəyişməsini və əkin sahəsinin cücərməsini tələb edirdilər. Allah-təala buyurur ki, tarixi təcrübəyə əsasən, inadkar kafirlər bu nişanələri də görsələr, iman gətirməzlər. Yaranış nizamı inadkar insanların istəkləri əsasında dəyişməz. Əgər xalqın istəyi ilə möcüzə göstərilsə və xalq bu möcüzəyə qarşı küfr etsə, onların dünya əzabı qətiləşər.
Dəvə adi bir heyvandır. Amma Allah Salehin dəvəsi haqqında "Allahın dəvəsi” təbirini işlədir. Çünki Allaha aid olan hər şey müqəddəsdir. Quranda hətta Əbu-Ləhəbin adına belə dəstəmazsız toxunmaq olmaz.
Bildirişlər
1.Peyğəmbərlər rəngarəng möcüzələrinə baxmayaraq, inadkar insanların sıxıntısına məruz qalırdılar.
2. Allah hər işə qadirdir, amma Onun işi xalqın həvəsinə yox, hikmətə bağlıdır.
3. Müqəddəsliklərin təhqiri, möcüzələrin təkzibi ilahi qəhr-qəzəb və əzabla sonuclanır.
4. Allah tərəfindən olan və ilahi rəngə malik hər şeyə münasibət fərqlidir.
5. Möcüzələr xalqın tanınması və ona xəbərdarlıq üçündür.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 59-cu ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 59-cu ayəsi nə haqqındadır?
Möcüzələri (Qüreyşin istədikləri möcüzələri) göndərməyə Bizə yalnız keçmişdəkilərin onları təkzib etmələri (və əzaba layiq olmaları) mane oldu (və bunlar da təbiətcə onlara oxşar olduqları üçün Biz bunlara möhlət vermək istəyirik). Və Səmud qövmünə aşkarcasına dəvə (möcüzəsi)ni verdik. Beləliklə onlar onunla (dəvəni öl...
Əl-İsra surəsi 59-cu ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 59-cu ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 59-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 59-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 59-cu ayənin təfsiri nədir?
"Ayə və möcüzələr göndərməyimizə yalnız keçmiş ümmətlərin təkzibi mane oldu. Biz Səmud qövmünə (düşüncələri) aydınladan dişi bir dəvə verdik. Amma ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndərərik.”NöqtələrBəhanəcil Məkkə kafirləri Peyğəmbərdən (s) çoxsaylı möcüzələr istədilər. Onlar hətta Məkkə dağlarının qızıla çevrilməsi arzusunda idilər. Bəzən də dağların yerinin dəyişməsini və əkin sahəsinin cücərməsini tələb edirdilər. Allah-təala buyurur ki, tarixi təcrübəyə əsasən, inadka...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.