Əl-İsra surəsi · 65-ci ayə

Şübhəsiz, sənin Mənim (itaətkar) bəndələrim üzərində (vəsvəsə etməkdən başqa) heç bir hökmranlığın yoxdur və Rəbbinin (Öz bəndələrinin işlərinin) vəkil(i) olması kifayətdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 65
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Həqiqətən, Mənim (xalis) bəndələrim üzərində sənin hökmün yoxdur. Rəbbinin (onlara) vəkil olması yetər.”
Nöqtələr
Bütün insanlar Allahın bəndəsi olsa da, Allah bəzi bəndələrinə hörmət olaraq onları Özünə aid edir. Belə bir halla başqa mövcudlara münasibətdə də rastlaşırıq.
Digər bir ayədə Allahın bəndələri iman və təvəkkül kimi səciyyələrlə tanıtdırılır. Belələri üzərində şeytanın hökmü yoxdur.("Bihar”, c. 63, s. 268; c. 53, s. 182 ) Əlbəttə ki, şeytan onlara da vəsvəsə edir, yaxınlaşır. Amma onlar xəbərdar olub müqavimət göstərirlər.(Bax: "Hucurat”, 13; "Tin”, 4 )
Hədisdə deyilir: "Azan və namaz şeytanı qovma amilidir.”("Təfsiri-Nurus-Səqəleyn” )
Bildirişlər
1. Allahın həqiqi bəndələri azdır. 62-ci ayədə oxuduq ki, İblis deyir: "Az bir hissə istisna olmaqla, bütün xalqı azdıraram.”
2. Allaha bəndəlik insanı İblisin təbliğ və hücumlarından qoruyur. Bəli, sonsuz qüdrətə sığınanlara nüfuz yolu yoxdur.
3. İnsan azad buraxılıb. O, İblisin hücumları qarşısında iman və bəndəliyə sığınmaqla müqavimət göstərə bilər.
4. Allah Ona bəndə olan kəsin vəkili, qoruyanı və hamisidir.
5. Peyğəmbər (s) Allahın xüsusi himayəsində olduğundan şeytanın nüfuzundan amandadır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 65-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 65-ci ayəsi nə haqqındadır?
Şübhəsiz, sənin Mənim (itaətkar) bəndələrim üzərində (vəsvəsə etməkdən başqa) heç bir hökmranlığın yoxdur və Rəbbinin (Öz bəndələrinin işlərinin) vəkil(i) olması kifayətdir.
Əl-İsra surəsi 65-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 65-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 65-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 65-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 65-ci ayənin təfsiri nədir?
"Həqiqətən, Mənim (xalis) bəndələrim üzərində sənin hökmün yoxdur. Rəbbinin (onlara) vəkil olması yetər.”NöqtələrBütün insanlar Allahın bəndəsi olsa da, Allah bəzi bəndələrinə hörmət olaraq onları Özünə aid edir. Belə bir halla başqa mövcudlara münasibətdə də rastlaşırıq.Digər bir ayədə Allahın bəndələri iman və təvəkkül kimi səciyyələrlə tanıtdırılır. Belələri üzərində şeytanın hökmü yoxdur.("Bihar”, c. 63, s. 268; c. 53, s. 182 ) Əlbəttə ki, şeytan onlara da vəsvəsə edir, yaxınlaşır. Amma...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.