Əl-İsra surəsi · 67-ci ayə

Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr). Sizə nicat verib quruya çıxaranda isə (Ondan) üz döndərərsiniz. İnsan həmişə çox nankordur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 67
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Əgər dənizdə bir çətinliyə düçar olsanız, Allahdan qeyri çağırdıqlarınız məhv olub itər. Elə ki, (Allah) sizə nicat verib quruya çatdırdı, Ondan üz döndərərsiniz. İnsan çox nankordur.”
Nöqtələr
Tövhidin fitri olma dəlillərindən biri budur ki, insan çətinliyə düşüb hər şeydən əlini üzdüyü vaxt qeybi bir nöqtəyə üz tutur, ondan kömək gözləyir.
Kafir bir şəxs imam Sadiqdən (ə) Allahın varlığına dəlil istədi. Həzrət soruşdu: "Bu vaxtadək hadisə ilə üzləşmiş bir gəmiyə süvar olmusanmı?” Həmin şəxs dedi: "Bəli, bir dəfə dəniz səfərində gəmimiz zədələnib batdı və mən bir taxta parçasından yapışdım.” İmam buyurdu: "Həmin vaxt qəlbində səni xilas edəsi qeybi bir güc haqqında düşünürdünmü?” Dedi: "Bəli.” İmam buyurdu: "Həmin qeybi qüdrət Allahdır.”
Bildirişlər
1. Mövsümi, müvəqqəti iman və tövbə dəyərsizdir.
2. Təhlükə girdabında insan təkallahçı olur, zahiri və xəyali vasitələrin yetərsizliyi üzə çıxır.
3. Maddi vasitələrdən uzaqlıq həqiqətlərin ən üstün dərk amilidir.
4. Allahdan savay bütün məbudlar puç olasıdır.
5. Xalisanə (ixlaslı, səmimi) dua qəbuldur.
6. Asayiş, əmin-amanlıq qəflət amilidir.
7. Dünya cazibələri o qədər aldadıcıdır ki, insan təhlükədən qurtardıqdan bir saat sonra hər şeyi unudur.
8. Qurtuluşdan sonra Allahı unutmaq kafirlərin aşkar sifətlərindəndir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 67-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 67-ci ayəsi nə haqqındadır?
Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr). Sizə nicat verib quruya çıxaranda isə (Ondan) üz döndərərsiniz. İnsan həmişə çox nankordur.
Əl-İsra surəsi 67-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 67-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 67-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 67-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 67-ci ayənin təfsiri nədir?
"Əgər dənizdə bir çətinliyə düçar olsanız, Allahdan qeyri çağırdıqlarınız məhv olub itər. Elə ki, (Allah) sizə nicat verib quruya çatdırdı, Ondan üz döndərərsiniz. İnsan çox nankordur.”NöqtələrTövhidin fitri olma dəlillərindən biri budur ki, insan çətinliyə düşüb hər şeydən əlini üzdüyü vaxt qeybi bir nöqtəyə üz tutur, ondan kömək gözləyir.Kafir bir şəxs imam Sadiqdən (ə) Allahın varlığına dəlil istədi. Həzrət soruşdu: "Bu vaxtadək hadisə ilə üzləşmiş bir gəmiyə süvar olmusanmı?” Həmin şəxs dedi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.