Əl-İsra surəsi · 68-ci ayə

Belə isə, məgər (dənizdən çıxdıqdan sonra) sizi quruda yerə batırmasından, yaxud başınıza xırda daş yağdıran güclü külək göndərməsindən xatircəmsiniz?! Sonra özünüzə sizi müdafiə edəcək bir vəkil də tapmazsınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 68
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Arxayınsınızmı ki, sizi (Öz qəhr-qəzəbi ilə) quruda yerə batırmaz və ya üstünüzə daş yağdırmaz?! Sonra özünüz üçün bir qoruyan taparsınızmı?”
Nöqtələr
Keçmiş qövmlər müxtəlif şəkillərdə məhv edilmişdir. Allah təcavüzkarlar və düşmənlərdən bəzilərini yerə batırmış, bəzilərini dənizdə qərq etmiş, bəzilərinin başına daş yağdırmış və ya şimşəklə külə döndərmişdir. Bir sözlə, Allah istədiyi vaxt kafirləri məhv etməyə qadirdir. Əgər bu gün sizi dənizdən sahilə salamat çıxarmışsa, düşünməyin ki, başqa bir əzabdan amandasınız və cəzalandırıla bilməzsiniz!
Bildirişlər
1. İlahi nemətlər bizi qürrələndirməsin. Bir hadisədən qurtarmaq, əbədi qurtuluş deyil. Başqa bir vaxtda insan başqa bir müsibətə düçar ola bilər.
2. Cəzadan uzaqlıq və asayiş hissi insanda qəflət və təcavüz üçün zəmin yaradır.
3. İnsan istənilən bir anda və istənilən bir yerdə Allahın qüdrət əli altındadır. Allahın qəhr-qəzəbi üçün quru ilə dəniz, yaxın ilə uzaq arasında fərq yoxdur.
4. Allahın qəhr-qəzəbi qarşısında heç bir sığınacaq yoxdur.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 68-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 68-ci ayəsi nə haqqındadır?
Belə isə, məgər (dənizdən çıxdıqdan sonra) sizi quruda yerə batırmasından, yaxud başınıza xırda daş yağdıran güclü külək göndərməsindən xatircəmsiniz?! Sonra özünüzə sizi müdafiə edəcək bir vəkil də tapmazsınız.
Əl-İsra surəsi 68-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 68-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 68-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 68-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 68-ci ayənin təfsiri nədir?
"Arxayınsınızmı ki, sizi (Öz qəhr-qəzəbi ilə) quruda yerə batırmaz və ya üstünüzə daş yağdırmaz?! Sonra özünüz üçün bir qoruyan taparsınızmı?”NöqtələrKeçmiş qövmlər müxtəlif şəkillərdə məhv edilmişdir. Allah təcavüzkarlar və düşmənlərdən bəzilərini yerə batırmış, bəzilərini dənizdə qərq etmiş, bəzilərinin başına daş yağdırmış və ya şimşəklə külə döndərmişdir. Bir sözlə, Allah istədiyi vaxt kafirləri məhv etməyə qadirdir. Əgər bu gün sizi dənizdən sahilə salamat çıxarmışsa, düşünməyin ki, başqa b...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.