Əl-İsra surəsi · 69-cu ayə

Yoxsa sizi yenidən ora (dənizə) qaytarıb üzərinizə dağıdıcı bir fırtına göndərərək küfrünüzün cəzası olaraq sizi batırmasından xatircəmsiniz?! (Bunu etdikdən) sonra (bu) işimizin müqabilində özünüz üçün Bizə qarşı (bu işlərin) arxasınca düşən bir kəs də tapmazsınız?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 69
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Yoxsa əmin olmusunuz ki, Allah ikinci dəfə sizi dəryaya aparmaz, məhvedici tufana salmaz, küfrünüzə görə qərq etməz?! Həmin vaxt qəhrimiz qarşısında özünüzə görə heç bir tələbkar tapmazsınız.”
Nöqtələr
Quruda baş verən tufan "hasib”, dənizdə baş verən tufan "qasif” adlanır. Ayənin sonundakı "təbia” sözü "təbə” sözündən olub, bir şəxsin qanbahasını və intiqamını tələb edən kəs mənasını bildirir.
Bildirişlər
1. Müvəqqəti asayiş bizi qürrələndirməsin. İnsan üçün daim təhlükə qorxusu var. Bir çətinlikdən qurtarmışıqsa, bu, birdəfəlik qurtuluş deyil.
2. Bəzi nankorluqlara görə elə dünyada cəza verilir.
3. Qurtuluşdan sonra Allahı unutmaq küfr və nankorluğun nümunəsidir.
4. İnsanın həlakolma və bədbəxtlik amili onun küfrə meyli və öz əməlləridir.
5. Allah qarşısında heç bir qüdrət dayana bilməz. Allah kimsə qarşısında məsuliyyət daşımır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 69-cu ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 69-cu ayəsi nə haqqındadır?
Yoxsa sizi yenidən ora (dənizə) qaytarıb üzərinizə dağıdıcı bir fırtına göndərərək küfrünüzün cəzası olaraq sizi batırmasından xatircəmsiniz?! (Bunu etdikdən) sonra (bu) işimizin müqabilində özünüz üçün Bizə qarşı (bu işlərin) arxasınca düşən bir kəs də tapmazsınız?!
Əl-İsra surəsi 69-cu ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 69-cu ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 69-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 69-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 69-cu ayənin təfsiri nədir?
"Yoxsa əmin olmusunuz ki, Allah ikinci dəfə sizi dəryaya aparmaz, məhvedici tufana salmaz, küfrünüzə görə qərq etməz?! Həmin vaxt qəhrimiz qarşısında özünüzə görə heç bir tələbkar tapmazsınız.”NöqtələrQuruda baş verən tufan "hasib”, dənizdə baş verən tufan "qasif” adlanır. Ayənin sonundakı "təbia” sözü "təbə” sözündən olub, bir şəxsin qanbahasını və intiqamını tələb edən kəs mənasını bildirir.Bildirişlər1. Müvəqqəti asayiş bizi qürrələndirməsin. İnsan üçün daim təhlükə qorxusu var. Bir çətinlikd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.