Əl-İsra surəsi · 73-cü ayə

Həqiqətən az qalmışdı (müşriklər) sənə vəhy etdiyimizdən başqa şeyi yalandan Bizə isnad etməyin (və bütləri tərifləməyin) üçün səni vəhy etdiyimizdən (tovhiddən və dinin əməl üslubundan) döndərsinlər və onda (belə olacağı təqdirdə) səni mütləq özlərinə dost götürərdilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 73
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Az qalmışdı ki, səni vəhy etdiyimizdən xəbərsiz qoyalar, vəhydən qeyri bir şeyi Bizə aid edəsən və həmin vaxt səni özlərinə dost tutalar.”
Nöqtələr
Rəvayətdə oxuyuruq ki, müşriklər İslam Peyğəmbərindən (s) bütlərə hörmət göstərməsini və ya bütpərəstliyin davamı üçün möhlət verməsini istəyirdilər. Peyğəmbər (s) bu təklifi qəbul etmək haqqında düşündüyü vaxt Allah onu hifz etdi... Amma bu qəbildən olan rəvayətlər qəbuledilməzdir, Peyğəmbərin (s) Quran ayələrində təsdiqlənən paklıq və qətiyyəti ilə bir araya sığmır.(Bax: "Haqqə”, 44-46 )
"Ətyəbul-bəyan” təfsirində deyilir: ayədəki "səni vəhy etdiyimiz” təbirindən aydın olur ki, kafirlər Peyğəmbərin (s) diqqətini vəhydən yox, hansısa şəxsdən yayındırmaq istəmişlər. Bəs haqqında vəhy nazil olmuş bu şəxs kimdir?
İmam Baqir (ə) və imam Kazimdən (ə) nəql olunmuş hədisdə bildirilir ki, bu şəxs Həzrət Əlidir (ə). Allah onun vilayəti haqqında vəhy yolu ilə Peyğəmbərə (s) tapşırıq vermişdir. Allah Peyğəmbərin (s) xalqın həsədinə, inkarına və dözümsüzlüyünə biganə qalması üçün bu ayəni nazil etdi və kafirlərin səyləri səmərəsiz qaldı.
"Əlləzi” (o şey ki) sözünə əsasən uyğun hədis qəbul oluna bilər. Bir şərtlə ki, həzrət Əlinin (ə) Məkkədə tanıtdırılması nəzərdə tutulmuş olsun. Çünki surə Məkkə surəsidir.
Bildirişlər
1. Kafirlər peyğəmbərləri də öz tərəflərinə keçirmək üçün plan cızırlar.
2. Din rəhbərləri düşmənin qurğularına diqqətli olmalıdırlar. Onlar din rəhbərlərində süstlük yaratmağa, onların mövqeyini dəyişməyə çalışırlar.
3. Hansısa fərdlər və ölkələrlə dostluq əqidə və müqəddəsliklərə göz yummaq bahasına başa gəlirsə, səmərəsizdir.
4. Nə qədər ki, müsəlmanlar öz əqidə və ayinlərindən əl çəkməyiblər, kafirlər və düşmənlər onlara həqiqi dost olmayacaqlar. Düşmən aza qane olmur, sizi əqidənizdən döndərmək istəyir.(Bax: "Zumər”, 65 )

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 73-cü ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 73-cü ayəsi nə haqqındadır?
Həqiqətən az qalmışdı (müşriklər) sənə vəhy etdiyimizdən başqa şeyi yalandan Bizə isnad etməyin (və bütləri tərifləməyin) üçün səni vəhy etdiyimizdən (tovhiddən və dinin əməl üslubundan) döndərsinlər və onda (belə olacağı təqdirdə) səni mütləq özlərinə dost götürərdilər.
Əl-İsra surəsi 73-cü ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 73-cü ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 73-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 73-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 73-cü ayənin təfsiri nədir?
"Az qalmışdı ki, səni vəhy etdiyimizdən xəbərsiz qoyalar, vəhydən qeyri bir şeyi Bizə aid edəsən və həmin vaxt səni özlərinə dost tutalar.”NöqtələrRəvayətdə oxuyuruq ki, müşriklər İslam Peyğəmbərindən (s) bütlərə hörmət göstərməsini və ya bütpərəstliyin davamı üçün möhlət verməsini istəyirdilər. Peyğəmbər (s) bu təklifi qəbul etmək haqqında düşündüyü vaxt Allah onu hifz etdi... Amma bu qəbildən olan rəvayətlər qəbuledilməzdir, Peyğəmbərin (s) Quran ayələrində təsdiqlənən paklıq və qətiyyəti ilə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.