Əl-İsra surəsi · 75-ci ayə

(Əgər elə olsaydı,) onda Biz sənə iki qat dünya əzabı və iki qat axirət əzabı (dünyada və axirətdə həmin günaha görə başqalarına verilən əzabın iki qatını) daddırardıq, sonra Bizim qarşımızda özünə bir köməkçi tapmazdın.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 75
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"(Onlara meyl etsəydin,) həmin vaxt sənə iki qat dünyada, iki qat öləndə əzab daddırardıq. Bizim qəhr-qəzəbimiz qarşısında özün üçün yardımçı tapmazdın.”
Nöqtələr
Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) belə bir dua oxudu: "Pərvərdigara! Məni bir göz qırpımınca özbaşına qoyma!”("Təfsiri-Ətyəbul-Bəyan” )
Bildirişlər
1. Allahın həm lütfü, həm də qəhr-qəzəbi var.
2. Kafirlərə meyl və etimad böyük günahlardandır. Çünki bu günaha görə əzab vəd edilmişdir.
3. Rəhbərlərin ən kiçik büdrəmələrinin cəzası adi insanların cəzasından iki qat ağırdır. İnsanın elmi, ictimai, mənəvi məqamı yüksəldikcə onun məsuliyyəti, eləcə də əzab təhlükəsi artar.
4. Əgər qanunçuluqda vəzifəli şəxslər üçün daha ağır cəza nəzərdə tutulsa, bu, ədalətə zidd olmaz.
5. Allahın qəhri qarşısında hətta peyğəmbər üçün də heç bir yardımçı yoxdur.
6. Kafirlərə meyl insanın tənha qalmasına səbəb olur, onu Allahın qanunlarından məhrum edir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 75-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 75-ci ayəsi nə haqqındadır?
(Əgər elə olsaydı,) onda Biz sənə iki qat dünya əzabı və iki qat axirət əzabı (dünyada və axirətdə həmin günaha görə başqalarına verilən əzabın iki qatını) daddırardıq, sonra Bizim qarşımızda özünə bir köməkçi tapmazdın.
Əl-İsra surəsi 75-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 75-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 75-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 75-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 75-ci ayənin təfsiri nədir?
"(Onlara meyl etsəydin,) həmin vaxt sənə iki qat dünyada, iki qat öləndə əzab daddırardıq. Bizim qəhr-qəzəbimiz qarşısında özün üçün yardımçı tapmazdın.”NöqtələrBu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) belə bir dua oxudu: "Pərvərdigara! Məni bir göz qırpımınca özbaşına qoyma!”("Təfsiri-Ətyəbul-Bəyan” )Bildirişlər1. Allahın həm lütfü, həm də qəhr-qəzəbi var.2. Kafirlərə meyl və etimad böyük günahlardandır. Çünki bu günaha görə əzab vəd edilmişdir.3. Rəhbərlərin ən kiçik büdrəmələrinin cəz...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.