Əl-İsra surəsi · 77-ci ayə

(Budur, Bizim) səndən qabaq göndərdiyimiz peyğəmbərlərimizin (barəsində olan) qayda və yolu(muz ki, onların ümmətlərindən bu cür itaətsizlik və azğınlıqların baş verməsinin ardınca tez bir zamanda həlak edilirdilər). Sən Bizim cari qayda-qanunlarımızda əsla bir dəyişiklik tapmazsan.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 77
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Səndən öncə göndərdiyimiz peyğəmbərlər haqqında da bu sünnə (tüğyan edənlərin məhvi) cərəyan edirdi. Bizim sünnəmizdə heç bir dəyişiklik tapmazsan.”
Nöqtələr
Peyğəmbərlərin təsdiqi, kafirlərin və zalımların məhvi ilahi sünnədir. Quranda buyurulur: "Kafirlər öz peyğəmbərlərinə dedilər: "Şübhəsiz, biz sizi öz torpağımızdan çıxararıq. Yalnız ayinimizi qəbul etsəniz belə olmaz.” Amma Allah onlara vəhy etdi ki, Biz hökmən sitəmkarları məhv edərik.”(Kafi”, c. 3, s. 275)
Bildirişlər
1. İlahi sünnələr hikmətə əsaslandığından sabitdir. Tarix boyu bu sünnələr dəyişməz.
2. Peyğəmbərlərə qarşı kafirlərin fitnəsi və Allahın qeybi yardımları tarixi köklərə malikdir.
3. Tarixi dəyişikliklər sabit ilahi sünnələrə əsaslanır.
4. Allah adildir. Eyni şəraitlərdə Onun mərhəmət və qəhr-qəzəbi də eyni olur.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 77-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 77-ci ayəsi nə haqqındadır?
(Budur, Bizim) səndən qabaq göndərdiyimiz peyğəmbərlərimizin (barəsində olan) qayda və yolu(muz ki, onların ümmətlərindən bu cür itaətsizlik və azğınlıqların baş verməsinin ardınca tez bir zamanda həlak edilirdilər). Sən Bizim cari qayda-qanunlarımızda əsla bir dəyişiklik tapmazsan.
Əl-İsra surəsi 77-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 77-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 77-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 77-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 77-ci ayənin təfsiri nədir?
"Səndən öncə göndərdiyimiz peyğəmbərlər haqqında da bu sünnə (tüğyan edənlərin məhvi) cərəyan edirdi. Bizim sünnəmizdə heç bir dəyişiklik tapmazsan.”NöqtələrPeyğəmbərlərin təsdiqi, kafirlərin və zalımların məhvi ilahi sünnədir. Quranda buyurulur: "Kafirlər öz peyğəmbərlərinə dedilər: "Şübhəsiz, biz sizi öz torpağımızdan çıxararıq. Yalnız ayinimizi qəbul etsəniz belə olmaz.” Amma Allah onlara vəhy etdi ki, Biz hökmən sitəmkarları məhv edərik.”(Kafi”, c. 3, s. 275)Bildirişlər1. İlahi sünnələr hikm...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.