Əl-İsra surəsi · 78-ci ayə

Namazı (gündəlik vacib namazların dördünü N zöhr, əsr, məğrib və işa namazlarını və onların iyirmi iki rəkət nafilələrini) günəşin (hər bir kəsin öz məntəqəsinə uyğun olaraq günortanın tam yarısından) batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin sübh namazını (və onun nafiləsini də qıl). Həqiqətən sübh namazı (gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün) müşahidə olunur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 78
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Namazı günəş (məğribə doğru) dönən vaxtdan gecənin qaranlığınadək qıl. Eləcə də, sübh (Quranın qiraətini). Həqiqətən, (sübh namazında) Quran (qiraəti mələklər tərəfindən) müşahidə olunur.”
Nöqtələr
"Duluk” dedikdə günəş orta xəttdən məğribə doğru meyl etdiyi vaxt nəzərdə tutulur. Bu, eniş vaxtıdır. Uyğun vaxt günorta və ikindi (zöhr və əsr) namazlarının vaxtıdır. "Ğəsəqil-ləyli”, yəni gecənin qaranlığı şam və xüftən (məğrib və işa) namazlarının vaxtıdır. Həmin vaxt qaranlıq ətrafı bürüyür. "Fəcr”, yəni sübh ağartısı məqamı isə sübh namazının vaxtıdır.(Kafi”, c. 2, s. 275)
İmam Sadiq (ə) buyurur: "İlkin olaraq günorta (zöhr) namazı vacib oldu.” Sonra imam bu ayəni tilavət etdi.("Təfsiri-Əl-Mizan” )Digər bir rəvayətdə deyilir: "Əgər sübh namazı fəcrin əvvəlində qılınsa, həm gecə, həm gündüz mələkləri onu qeydə alar.”(Bax: "Kənzul-Ummal”, h. 19698 ) Sübh namazının müşahidə olunması məsələsi də həmin nöqtəyə işarə ola bilər.("Səfinətul-Bihar” ) Yəni hər iki qrup mələk onu müşahidə edib şəhadət verir.
Bildirişlər
1. İslamda vaxt təbii yolla müəyyənləşdirilir. Bu üsul hamı tərəfindən, hər yerdə və həmişə başa düşüləndir.
2. Dini proqramlarda vaxt bölgüsü var.
3. Namaz "Quran” adı ilə vəsf olunan yeganə ibadətdir.
4. Namazda Quran oxunması əsas mehvərdir.("Bihar”, c. 84, s. 140 )
5. Namazlar arasında sübh namazının xüsusi yeri var.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 78-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 78-ci ayəsi nə haqqındadır?
Namazı (gündəlik vacib namazların dördünü N zöhr, əsr, məğrib və işa namazlarını və onların iyirmi iki rəkət nafilələrini) günəşin (hər bir kəsin öz məntəqəsinə uyğun olaraq günortanın tam yarısından) batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin sübh namazını (və...
Əl-İsra surəsi 78-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 78-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 78-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 78-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 78-ci ayənin təfsiri nədir?
"Namazı günəş (məğribə doğru) dönən vaxtdan gecənin qaranlığınadək qıl. Eləcə də, sübh (Quranın qiraətini). Həqiqətən, (sübh namazında) Quran (qiraəti mələklər tərəfindən) müşahidə olunur.”Nöqtələr"Duluk” dedikdə günəş orta xəttdən məğribə doğru meyl etdiyi vaxt nəzərdə tutulur. Bu, eniş vaxtıdır. Uyğun vaxt günorta və ikindi (zöhr və əsr) namazlarının vaxtıdır. "Ğəsəqil-ləyli”, yəni gecənin qaranlığı şam və xüftən (məğrib və işa) namazlarının vaxtıdır. Həmin vaxt qaranlıq ətrafı bürüyür. "Fəcr”...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.