Əl-İsra surəsi · 81-ci ayə

Və de: «Haqq gəldi və batil məhv oldu, həqiqətən batil həmişə məhvə məhkumdur (küfr və şirkin büsatı bir gün yer üzündən silinəcəkdir).»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 81
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"De ki, haqq gəldi və batil məhv oldu. Həqiqətən, batil məhv olasıdır.”
Nöqtələr
"Həqq” sözü sabit və qalarlı mənasını bildirir. Çünki Allah və Onun tərəfindən olan hər bir şey haqdır. "Həqq” Allahın adlarından biridir. "Zəhuq” sözü "getmək” mənasını bildirir. "Zəhəqə-nəfsuhu”, yəni "ruhu bədəndən xaric oldu”.
Bu ayənin İslamın zühuru, Mədinəyə giriş, Məkkənin fəthi, bütlərin sındırılması kimi nümunələri var. Bütün bu hadisələrdə batil məğlub oldu. Amma ayənin məfhumu daha əhatəlidir və o, batilin puçluğunu, haqqın əbədiliyini müjdə verir.
Haqqın əbədiliyi xülya və təsadüf yox, Allahın qanunudur. Haqq tərəfdarları nə qədər az olsalar da, bu qanun ödənəsidir. Çünki haqq su kimi sabit, batil köpük kimi fanidir.(Bax: "Bəqərə”, 185 )
Quran buyurur: "Biz haqqı batilə vurar və batili məhv edərik.”(Bax: "Bəqərə”, 2 ) Bəli, bu halda batil aradan çıxasıdır. Ona görə də haqq qüdrət və əzmlə batilə hücum etməlidir.
Bildirişlər
1. Peyğəmbər (s) sonda haqqın qələbəsini qətiyyətlə elan etməlidir.
2. Batili aradan qaldırmaq üçün haqqı meydana gətirmək lazımdır.
3. Sonda batil məhv olası, haqq qüdrətə çatasıdır.
4. Batilin gedişlərindən və manevrlərindən qorxmaq lazım deyil, onun ikinci nəfəsi yoxdur.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 81-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 81-ci ayəsi nə haqqındadır?
Və de: «Haqq gəldi və batil məhv oldu, həqiqətən batil həmişə məhvə məhkumdur (küfr və şirkin büsatı bir gün yer üzündən silinəcəkdir).»
Əl-İsra surəsi 81-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 81-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 81-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 81-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 81-ci ayənin təfsiri nədir?
"De ki, haqq gəldi və batil məhv oldu. Həqiqətən, batil məhv olasıdır.”Nöqtələr"Həqq” sözü sabit və qalarlı mənasını bildirir. Çünki Allah və Onun tərəfindən olan hər bir şey haqdır. "Həqq” Allahın adlarından biridir. "Zəhuq” sözü "getmək” mənasını bildirir. "Zəhəqə-nəfsuhu”, yəni "ruhu bədəndən xaric oldu”.Bu ayənin İslamın zühuru, Mədinəyə giriş, Məkkənin fəthi, bütlərin sındırılması kimi nümunələri var. Bütün bu hadisələrdə batil məğlub oldu. Amma ayənin məfhumu daha əhatəlidir və o, batilin ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.