Əl-İsra surəsi · 84-cü ayə

De: «Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir). Lakin sizin Rəbbiniz (saf təbiəti əsasında) daha doğru yolda olanın halını daha yaxşı bilir.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 84
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"De ki, hər kəs öz şəklinə, xislətinə uyğun əməl edər. Allah hidayətə daha yaxın olan kəsi daha yaxşı tanıyır.”
Nöqtələr
İmam Sadiq (ə) niyyətdən və niyyətin ən üstün əməl olmasından danışarkən bu ayəni tilavət etmişdir.(Bax: "Səcdə”, 9 )
"Şakilə” dedikdə insan ruhunun irsiyyət, tərbiyə, cəmiyyətin təsirindən formalaşmış şəkli nəzərdə tutulur. Bəziləri bu sözün fitrət mənasını bildirdiyini qeyd edir. Halbuki fitrət sabitdir. İnsanları bir-birindən fərqləndirən onların niyyəti, xisləti, adəti, düşüncə tərzi, ailə durumudur. Hər bir insanın əməli bu şərtlərlə müəyyənləşir.(Bax: "Ğafir”, 15 )
Bildirişlər
1. İnsanın rəftarını müəyyənləşdirən onun düşüncəsi, ruhu və əxlaqıdır (məsəldə deyildiyi kimi, nə tökərsən aşına, o da çıxar qaşığına).
2. Rəftarlar insanın hal və adətlərindən qaynaqlandığı üçün yersiz xislətlərdən çəkinmək, əməllərin xasiyyətə çevrilməsinə imkan verməmək lazımdır.
3. Hidayət yolunun da dərəcələri və mərtəbələri var.
4. Niyyət üstün olduqca hidayət də yaxın olur.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 84-cü ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 84-cü ayəsi nə haqqındadır?
De: «Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir). Lakin sizin Rəbbiniz (saf təbiəti əsasında) daha doğru yolda olanın halını daha yaxşı bilir.»
Əl-İsra surəsi 84-cü ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 84-cü ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 84-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 84-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 84-cü ayənin təfsiri nədir?
"De ki, hər kəs öz şəklinə, xislətinə uyğun əməl edər. Allah hidayətə daha yaxın olan kəsi daha yaxşı tanıyır.”Nöqtələrİmam Sadiq (ə) niyyətdən və niyyətin ən üstün əməl olmasından danışarkən bu ayəni tilavət etmişdir.(Bax: "Səcdə”, 9 )"Şakilə” dedikdə insan ruhunun irsiyyət, tərbiyə, cəmiyyətin təsirindən formalaşmış şəkli nəzərdə tutulur. Bəziləri bu sözün fitrət mənasını bildirdiyini qeyd edir. Halbuki fitrət sabitdir. İnsanları bir-birindən fərqləndirən onların niyyəti, xisləti, adəti, düşün...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.