Əl-İsra surəsi · 87-ci ayə

Lakin (sənə verilən) Rəbbin tərəfindən bir rəhmətdir (və geri alınası deyildir). Çünki doğrudan da Onun sənə lütf və mərhəməti daim böyükdür.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 87
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Rəbbinin rəhmətindən savay (müdafiəçi tapmayacaqsan). Şübhəsiz, Allahın sənə olan fəzli böyükdür.”
Nöqtələr
86-cı ayədə Peyğəmbərə (s) xəbərdarlıq olunur ki, Allah əta etsə, istədiyi vaxt geri ala bilər. (Bəli, yaratmaq və öldürmək, izzət və zillət, hidayət və zəlalət, həyat və ölüm, yardım və xarlıq Onun əlindədir). 87-ci ayədə isə təşviq dili ilə danışılır.
Quran, vəhy, nübuvvət, xatəmiyyət, şəfaət Allahın Peyğəmbərə (s) münasibətdə fəzilləridir. Allah bacarsa da Öz verdiklərini ondan almır. Belə bir əta Allahın rübubiyyət məqamından qaynaqlanır. Halbuki bütün ətalarını geri almaq qüdrətindədir.
Bildirişlər
1. Nemətlərin Allah tərəfindən verildiyini anlayaq və qürrələnməyək. Çünki nemətlərin davamı və ya kəsilməsi Onun iradəsindən asılıdır.
2. Allahın qəhr-qəzəbi qarşısında kimsənin rolu yoxdur.
3. Asimani kitabların və vəhyin nazil olması Allahın rübubiyyət şənindəndir və insanların tərbiyəsinə yönəldilmişdir.
4. Quran böyük ilahi fəzldir. Allah böyük və uca olduğundan Onun lütfü də böyükdür. Onun ən böyük fəzli Peyğəmbərə (s) məxsusdur.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 87-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 87-ci ayəsi nə haqqındadır?
Lakin (sənə verilən) Rəbbin tərəfindən bir rəhmətdir (və geri alınası deyildir). Çünki doğrudan da Onun sənə lütf və mərhəməti daim böyükdür.
Əl-İsra surəsi 87-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 87-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 87-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 87-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 87-ci ayənin təfsiri nədir?
"Rəbbinin rəhmətindən savay (müdafiəçi tapmayacaqsan). Şübhəsiz, Allahın sənə olan fəzli böyükdür.”Nöqtələr86-cı ayədə Peyğəmbərə (s) xəbərdarlıq olunur ki, Allah əta etsə, istədiyi vaxt geri ala bilər. (Bəli, yaratmaq və öldürmək, izzət və zillət, hidayət və zəlalət, həyat və ölüm, yardım və xarlıq Onun əlindədir). 87-ci ayədə isə təşviq dili ilə danışılır.Quran, vəhy, nübuvvət, xatəmiyyət, şəfaət Allahın Peyğəmbərə (s) münasibətdə fəzilləridir. Allah bacarsa da Öz verdiklərini ondan almır. Bel...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.