Əl-İsra surəsi · 88-ci ayə

De: «Şübhəsiz, əgər insan və cin tayfası bu Qur’anın (kəlmə və məna baxımından) bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər (çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə etmiş bir qüvvə yaratmışdır).»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"De ki, (bütün) ins və cin Quranın oxşarını gətirmək üçün bir yerə toplansa, onun kimisini gətirə bilməz. (Bu iş) bəziləri bəzilərinə kömək etsələr də belə mümkün olmaz.”
Nöqtələr
"Zəhr” sözündən olan "zəhir” sözü arxa, köməkçi mənasını bildirir.
Ayədə "biz də Quranın oxşarını gətirə bilərik” deyən kafirlərə cavab verilir.("Təfsiri-Tibyan”. ) Quranın bu sahədə mübarizə çağırışı əsrlər boyu cavabsız qalmışdır. Ərəb dilli düşmənlə, küfr məktəbləri İslama qarşı barışmazlıqlarına və müxtəlif qüdrətlər tərəfindən himayə olunmalarına baxmayaraq Quranın mislini gətirə bilməmişlər.
Quranın bir sıra misilsiz xüsusiyyətləri var: o möcüzədir, rəvan və çeşidlidir, gələcəkdən xəbər verir, ən gözəl dastanları nəql edir, ən gözəl şəkildə dəvət edir, bütün fərdi və ictimai məsələləri, dünya və axirət ehtiyaclarını bəyan edir.
Bildirişlər
1. Cinlər də insanlar kimi vəzifəlidirlər, onların da kitabı Qurandır.
2. Kimsənin Quranın oxşarını gətirə bilməməsi bu kitabın möcüzə olmasının dəlilidir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 88-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 88-ci ayəsi nə haqqındadır?
De: «Şübhəsiz, əgər insan və cin tayfası bu Qur’anın (kəlmə və məna baxımından) bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər (çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə etmiş bir qüvvə yaratmışdır).»
Əl-İsra surəsi 88-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 88-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 88-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 88-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 88-ci ayənin təfsiri nədir?
"De ki, (bütün) ins və cin Quranın oxşarını gətirmək üçün bir yerə toplansa, onun kimisini gətirə bilməz. (Bu iş) bəziləri bəzilərinə kömək etsələr də belə mümkün olmaz.”Nöqtələr"Zəhr” sözündən olan "zəhir” sözü arxa, köməkçi mənasını bildirir.Ayədə "biz də Quranın oxşarını gətirə bilərik” deyən kafirlərə cavab verilir.("Təfsiri-Tibyan”. ) Quranın bu sahədə mübarizə çağırışı əsrlər boyu cavabsız qalmışdır. Ərəb dilli düşmənlə, küfr məktəbləri İslama qarşı barışmazlıqlarına və müxtəlif qüdrə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.