Əl-İsra surəsi · 91-ci ayə

«Yaxud da sənin xurma və üzüm ağaclarından elə bir bağın olsun ki, onların arasından çoxlu çaylar axıdasan».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 91
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الأَنْهَارَ خِلالَهَا تَفْجِيرًا
"Ya da arasından çaylar axan xurma və üzüm bağların olsun.”
Nöqtələr
Heç vaxt qurumayan, daim axan çay "yənbu” adlanır.
Quran möcüzəsini inkar edən müşriklər iman gətirmələri üçün maddi bəxşişləri şərt qoyur, Peyğəmbərdən (s) yersiz şeylər umurdular. Onlar unudurdular ki, Peyğəmbər (s) inadkar xalqın istəklərini yerinə yetirmək üçün yox, öz peyğəmbərliyini gerçəkləşdirmək üçün möcüzə gətirir. Möcüzə gətirməkdə məqsəd əyləncə və ya işdən qaçmaq istəyi deyil.
Müxaliflərin yersiz istəkləri, qəlbidaşlığı, inadkarlığı, bəhanəçiliyi, məqsəddən xəbərsizliyi, ədəbsizliyi Peyğəmbərdən (s) yersiz istəklərlə nəticələnirdi. Onlar su arxı, bağ, çay, səmanın süqutunu, mələklərin önə gətirilməsini, qızıl ev, göyə uçuş, Allahdan xüsusi bir namə tələb edirdilər.
Bildirişlər
1. Hərə öz tutumunda istəyir. Müşriklərin nəzərində ad-san, çeşmə və maddiyyat peyğəmbərlik ölçüsü idi.
2. Peyğəmbərlərin məqsədi xalqın tövhidə dəvəti olsa da, bəziləri var-dövlət, qızıl-gümüş arzusunda idi.
3. Hər istək və tələb məntiqi olmur. Peyğəmbərlərdən, din təbliğatçılarından yersiz istəklər çox idi.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 91-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 91-ci ayəsi nə haqqındadır?
«Yaxud da sənin xurma və üzüm ağaclarından elə bir bağın olsun ki, onların arasından çoxlu çaylar axıdasan».
Əl-İsra surəsi 91-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 91-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 91-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 91-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 91-ci ayənin təfsiri nədir?
أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الأَنْهَارَ خِلالَهَا تَفْجِيرًا"Ya da arasından çaylar axan xurma və üzüm bağların olsun.”NöqtələrHeç vaxt qurumayan, daim axan çay "yənbu” adlanır.Quran möcüzəsini inkar edən müşriklər iman gətirmələri üçün maddi bəxşişləri şərt qoyur, Peyğəmbərdən (s) yersiz şeylər umurdular. Onlar unudurdular ki, Peyğəmbər (s) inadkar xalqın istəklərini yerinə yetirmək üçün yox, öz peyğəmbərliyini gerçəkləşdirmək üçün möcüzə gətirir. Möcüzə gətirmə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.