Əl-İsra surəsi · 95-ci ayə

De: «Əgər yer üzündə arxayın hərəkət edənlər (Allah xofu olmayan və peyğəmbərlərin göndərilməsinə möhtac) mələklər olsaydı, göydən onlar üçün peyğəmbərliyə mütləq bir mələk nazil edərdik» (çünki yer əhli göydən hidayət olunmalı və peyğəmbərlə onun ümməti arasında cinsi uyğunluq olmalıdır).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 95
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"De ki, əgər yer üzündə arxayınlıq və aramlıqla yol gedən mələklər olsaydı, hər halda onlara səmadan peyğəmbər olaraq bir mələk göndərərdik.”
Nöqtələr
Ayədə peyğəmbərin insan olmasına etiraz edənlərin baxışı rədd edilir və buyurulur: "Peyğəmbərin göndərilməsi ilahi sünnə və dini zərurətdir. Əgər bütün yer əhli mələk olsaydı və onların arasında heç bir ixtilaf düşməsəydi, hamılıqla aram və rifah içində yaşasaydılar, yenə də onlara öz cinslərindən bir peyğəmbər gələrdi. Peyğəmbərlərin vəzifəsi yalnız düşmənçiliyi aradan qaldırmaq yox, mənəvi təkamülü təmin etmək və nümunə göstərməkdir.
Bildirişlər
1. Xalq rəhbərdən nümunə götürməli olduğundan insan üçün insan, mələk üçün mələk peyğəmbər gəlməlidir.
2. Risalət və peyğəmbərlik Allah tərəfindən qəbul olunur və bu istiqamətdə seçim yoxdur.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 95-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 95-ci ayəsi nə haqqındadır?
De: «Əgər yer üzündə arxayın hərəkət edənlər (Allah xofu olmayan və peyğəmbərlərin göndərilməsinə möhtac) mələklər olsaydı, göydən onlar üçün peyğəmbərliyə mütləq bir mələk nazil edərdik» (çünki yer əhli göydən hidayət olunmalı və peyğəmbərlə onun ümməti arasında cinsi uyğunluq olmalıdır).
Əl-İsra surəsi 95-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 95-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 95-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 95-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 95-ci ayənin təfsiri nədir?
"De ki, əgər yer üzündə arxayınlıq və aramlıqla yol gedən mələklər olsaydı, hər halda onlara səmadan peyğəmbər olaraq bir mələk göndərərdik.”NöqtələrAyədə peyğəmbərin insan olmasına etiraz edənlərin baxışı rədd edilir və buyurulur: "Peyğəmbərin göndərilməsi ilahi sünnə və dini zərurətdir. Əgər bütün yer əhli mələk olsaydı və onların arasında heç bir ixtilaf düşməsəydi, hamılıqla aram və rifah içində yaşasaydılar, yenə də onlara öz cinslərindən bir peyğəmbər gələrdi. Peyğəmbərlərin vəzifəsi yalnı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.