Əl-İsra surəsi · 97-ci ayə

Allah kimi hidayət etsə, odur (əsl) doğru yolda olan və kimi öz azğınlığında boşlasa, onlar üçün Allahdan başqa heç bir köməkçi və başçı tapmazsan. Qiyamət günü onları kor, lal və kar halda üzləri üstə məhşərə gətirəcəyik (onlar üzləri üstə yeriyərlər, yaxud üzləri üstə süründürülərlər). Onların yeri Cəhənnəmdir. Hər zaman onun alovu azalsa, onlara bir şölə artırarıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 97
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Allahın hidayət etdiyi kəs doğru yolu tapmışdır. Allahın azdırdığı kəs üçün isə heç vaxt Allahdan savay yardımçı tapmayacaqsan. Biz onları qiyamət günü sürünən halda, kor, kar və lal vəziyyətdə məhşur edərik (səhnəyə gətirərik). Onların yeri cəhənnəmdir. Od söndükcə onun alovunu artırarıq.”
Nöqtələr
"Xəbət” sözü şöləni yatırtmaq mənasını bildirir. "Səir” dedikdə alışma mənası başa düşülür və cəhənnəmin adlarından biri "səir”dir.
Sual: Əgər azğınlar qiyamətdə kar, kor və lal olursa, nə üçün digər ayələrdə onların odu görməsindən, cəhənnəmin səsini eşitməsindən, şivən qoparmasından danışılır?(Mufrədati-Rağib” )
Cavab: Qiyamətin çoxsaylı mərhələləri və dayanacaqları var. Hər dayanacağı növbəti dayanacaqdan fərqləndirən xüsusiyyətlər var.”("Naziat”, 27 )
Bildirişlər.
1. İnsan təkcə elm, ağıl və dəlillərlə hidayət olmur, ilahi tövfiq də lazımdır.
2. Azğınlara Allahdan başqa nicat verən yoxdur.
3. Qulağından haqqı eşitmək, gözündən haqqı görmək, dilindən haqqı demək üçün istifadə etməyən insan qiyamətdə kor, kar və lal vəziyyətdə səhnəyə gətirilər. Bu, bir növ insanın əməllərinin təcəssümüdür!
4. Cəhənnəm odu günahkarlar üçün daim alışmaqdadır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 97-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 97-ci ayəsi nə haqqındadır?
Allah kimi hidayət etsə, odur (əsl) doğru yolda olan və kimi öz azğınlığında boşlasa, onlar üçün Allahdan başqa heç bir köməkçi və başçı tapmazsan. Qiyamət günü onları kor, lal və kar halda üzləri üstə məhşərə gətirəcəyik (onlar üzləri üstə yeriyərlər, yaxud üzləri üstə süründürülərlər). Onların yeri Cəhənnəmdir. Hər z...
Əl-İsra surəsi 97-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 97-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 97-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 97-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 97-ci ayənin təfsiri nədir?
"Allahın hidayət etdiyi kəs doğru yolu tapmışdır. Allahın azdırdığı kəs üçün isə heç vaxt Allahdan savay yardımçı tapmayacaqsan. Biz onları qiyamət günü sürünən halda, kor, kar və lal vəziyyətdə məhşur edərik (səhnəyə gətirərik). Onların yeri cəhənnəmdir. Od söndükcə onun alovunu artırarıq.”Nöqtələr"Xəbət” sözü şöləni yatırtmaq mənasını bildirir. "Səir” dedikdə alışma mənası başa düşülür və cəhənnəmin adlarından biri "səir”dir.Sual: Əgər azğınlar qiyamətdə kar, kor və lal olursa, nə üçün di...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.