Əl-İsra surəsi · 99-cu ayə

Məgər onlar göyləri və yeri yaradan Allahın onlar(ın dünyadakı cismləri) kimisini (axirətdə də) yaratmağa (və onların eynilə Bərzəx ruhunu ora daxil etməyə) qadir olduğunu və (həmçinin) onlar üçün (dünya həyatında və Qiyamət gününədək Bərzəxdə) barəsində heç bir şəkk-şübhə olmayan müəyyən bir müddət qoymasını bilmədilər?! Lakin bu zalımlar inkar və küfrdən başqa hər bir şeydən boyun qaçırdılar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 99
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Yoxsa düşünməyiblər ki, Allah göyləri və yeri yaratmışdır. Bu sayaq xalq da yarada bilərmi? Allah onlar üçün heç bir şəkk olmayan müddət müəyyənləşdirmişdir. Sitəmkarlar isə boyun qaçırıb, küfrdən başqa bir şeylə razılaşmırlar.”
Nöqtələr
"La rəybə fihi”, yəni Quranda heç bir şübhə yeri yoxdur. Bu təbirdən "kimsə ona şübhə ilə yanaşmır” mənası anlaşılmır.
Quran məada şəkk-şübhəni aradan qaldırmaq üçün dəfələrlə göylərin və yerin yaranışına, varlıq aləminin əzəmətinə, ilahi qüdrətə işarə etmişdir. Quranda buyurulur: "Sizin yaranışınız, yoxsa göyün yaranışı daha çətindir?”("Təfsire-Əl-mizan”. "Təfsire-Furqan”. )Yəni bir şeyin mümkün olması üçün ən üstün dəlil onun baş verməsidir.
Qiyamətdə bərpa olası sümüklər həmin dünyadakı sümüklər, onlardakı ruh isə həmin dünyadakı ruhdur. Amma Quran "oxşar, misil” təbirini işlədir. Necə ki, kərpic əzildikdən sonra yenidən düzəldilərsə, "bu, həmin kərpicdir” yox, "bu, əvvəlki kərpic kimidir” deyirlər. Halbuki onlar eyni maddədən hazırlanmışdır.("Furqan”, 32. )
Bildirişlər
1. Məadın mümkünlüyü üçün ən üstün dəlil Allahın təbiətdəki qüdrətinə diqqət yetirməkdir.
2. Dünya həyatı bir neçə gündən artıq deyil. Kafirlər inadkarlıq göstərdiyi zaman ya ölümləri çatar, ya da qiyamət qopar.
3. Allahın qüdrətinə və qiyamətə şübhə zülümdür. Zülm isə küfr üçün zəmindir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 99-cu ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 99-cu ayəsi nə haqqındadır?
Məgər onlar göyləri və yeri yaradan Allahın onlar(ın dünyadakı cismləri) kimisini (axirətdə də) yaratmağa (və onların eynilə Bərzəx ruhunu ora daxil etməyə) qadir olduğunu və (həmçinin) onlar üçün (dünya həyatında və Qiyamət gününədək Bərzəxdə) barəsində heç bir şəkk-şübhə olmayan müəyyən bir müddət qoymasını bilmədilə...
Əl-İsra surəsi 99-cu ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 99-cu ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 99-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 99-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 99-cu ayənin təfsiri nədir?
"Yoxsa düşünməyiblər ki, Allah göyləri və yeri yaratmışdır. Bu sayaq xalq da yarada bilərmi? Allah onlar üçün heç bir şəkk olmayan müddət müəyyənləşdirmişdir. Sitəmkarlar isə boyun qaçırıb, küfrdən başqa bir şeylə razılaşmırlar.”Nöqtələr"La rəybə fihi”, yəni Quranda heç bir şübhə yeri yoxdur. Bu təbirdən "kimsə ona şübhə ilə yanaşmır” mənası anlaşılmır.Quran məada şəkk-şübhəni aradan qaldırmaq üçün dəfələrlə göylərin və yerin yaranışına, varlıq aləminin əzəmətinə, ilahi qüdrətə işarə etmişdir. Q...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.