Əl-Kəhf ‏ surəsi · 106-cı ayə

Belə ki, onların cəzası Cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tovhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 106
MÖHSÜN QƏRAƏTİ 27.03.2026
"Bu səbəbdən də onların cəzası cəhənnəmdir. Çünki onlar küfr etdilər, Mənim ayələrimi və mələklərimi məsxərəyə qoydular.”
Nöqtələr
Lüğətdə "həbt” dedikdə heyvanın zəhərli ot yeyib, köpməsi nəzərdə tutulur. Bu hal onun ölümü ilə nəticələnə bilər. Onu zəhərlənib və qarnı şişmiş halda görənlər sağlam və ətli heyvan olduğunu düşünərlər.
Elə bu səbəbdən də insanın əməllərinin puça çıxması "həbt” adlandırılmışdır. Bu hala düşmüş insan günahlar vasitəsi ilə zəhərlənmişdir və məhv olmaq astanasındadır.
Qiyamətdə insanlar üç dəstədir: yaxşı olduqlarından mizana ehtiyac duymayanlar, pis olduqlarından mizana ehtiyac duymayanlar, əməlləri hesaba çəkiləsi orta dəstə.(Təfsire-Dürrül-Mənsur”. )
Bildirişlər
1. Allahın inkarı əməllərin puça çıxması səbəbidir. Puça çıxan şeyin isə çəkisi olmur.
2. Allah yanında haqqın çəkisi var, batil isə puç və çəkisizdir.
3. İnsanın aqibəti onun əməllərindən asılıdır.
4. İlahi ayələrin, peyğəmbərlərin məsxərəsinin və küfrün sonu cəhənnəmdir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 106-cı ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 106-cı ayəsi nə haqqındadır?
Belə ki, onların cəzası Cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tovhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular.
Əl-Kəhf ‏ surəsi 106-cı ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 106-cı ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 106-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 106-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 106-cı ayənin təfsiri nədir?
"Bu səbəbdən də onların cəzası cəhənnəmdir. Çünki onlar küfr etdilər, Mənim ayələrimi və mələklərimi məsxərəyə qoydular.”NöqtələrLüğətdə "həbt” dedikdə heyvanın zəhərli ot yeyib, köpməsi nəzərdə tutulur. Bu hal onun ölümü ilə nəticələnə bilər. Onu zəhərlənib və qarnı şişmiş halda görənlər sağlam və ətli heyvan olduğunu düşünərlər.Elə bu səbəbdən də insanın əməllərinin puça çıxması "həbt” adlandırılmışdır. Bu hala düşmüş insan günahlar vasitəsi ilə zəhərlənmişdir və məhv olmaq astanasındadır.Qiya...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.