Əl-Kəhf ‏ surəsi · 109-cu ayə

De: «Əgər dəniz mənim Rəbbimin (bütün kainatdan və mövcudlardan ibarət) sözləri(ni yazmaq) üçün mürəkkəb olsa, hətta onun bənzərini (başqa bir dənizi) köməyə gətirsək belə, şübhəsiz o (dənizlər), Rəbbimin sözləri sona çatmamış qurtarar».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 109
MÖHSÜN QƏRAƏTİ 27.03.2026
"De ki, əgər dəniz Rəbbimin kəlmələri üçün mürəkkəb olsa, Onun kəlmələri sona çatmamış dəniz sona çatar. Başqa oxşar dəniz köməyə gətirsən də!”
Nöqtələr
"Midad” dedikdə mürəkkəbə qatılan cövhər nəzərdə tutulur. Qələm kağız üzərində onun köməyi ilə yazır.
"Rəbbin kəlmələri” dedikdə ya vədlər və yaranmışlar, ya hikmətlər və məfhumlar, ya vəhy və ya Allahın hər hansı nişanəsi nəzərdə tutulur. Demək, hər bir zərrə, atom, hüceyrə Rəbbin kəlmələrindən biridir.
Bildirişlər
1. Allahın sonsuz nişanələri var. İnsan bu nişanələri hətta saymağa və qeyd etməyə belə acizdir.
2. İstənilən bir hadisə Rəbbin nişanəsi və kəlməsidir, insanın inkişaf və tərbiyəsinə yönəlmişdir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 109-cu ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 109-cu ayəsi nə haqqındadır?
De: «Əgər dəniz mənim Rəbbimin (bütün kainatdan və mövcudlardan ibarət) sözləri(ni yazmaq) üçün mürəkkəb olsa, hətta onun bənzərini (başqa bir dənizi) köməyə gətirsək belə, şübhəsiz o (dənizlər), Rəbbimin sözləri sona çatmamış qurtarar».
Əl-Kəhf ‏ surəsi 109-cu ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 109-cu ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 109-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 109-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 109-cu ayənin təfsiri nədir?
"De ki, əgər dəniz Rəbbimin kəlmələri üçün mürəkkəb olsa, Onun kəlmələri sona çatmamış dəniz sona çatar. Başqa oxşar dəniz köməyə gətirsən də!”Nöqtələr"Midad” dedikdə mürəkkəbə qatılan cövhər nəzərdə tutulur. Qələm kağız üzərində onun köməyi ilə yazır."Rəbbin kəlmələri” dedikdə ya vədlər və yaranmışlar, ya hikmətlər və məfhumlar, ya vəhy və ya Allahın hər hansı nişanəsi nəzərdə tutulur. Demək, hər bir zərrə, atom, hüceyrə Rəbbin kəlmələrindən biridir.Bildirişlər1. Allahın sonsuz nişanələri var. ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.