Əl-Kəhf ‏ surəsi · 11-cü ayə

Beləliklə, Biz onlara o mağarada bir neçə il ağır bir yuxu hakim etdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 11
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Mağarada olduqları neçə ildə onların qulaqlarını qapadıq.”
Nöqtələr
"Fəta” sözünün cəm forması olan "fityə” sözü cavan mənasını bildirir. İmam Sadiq (ə) buyurur: "Fəta” imanlı insan mənasını bildirir. Çünki Allah həmin şəxslər yaşlı olduqları halda imanlarına xatir onları "fəta” kimi tanıtdırır.”(Muntəxəbul-əsər”, s. 485. )
"Rəşəd” sözü "rüşd”, yəni ilahi qurtuluş və razılıq mənasında işlədilmişdir. Bu surədə üç yerdə "rəşəd” sözündən istifadə olunmuşdur: Kəhf səhabəsinin əhvalatında, Musa və Xızrın əhvalatında (ayə 66) və İslam Peyğəmbəri (s) ilə bağlı (ayə 23).
Hədisdə bildirilir ki, "zərəbna fi azanihim” (qulaqlarını vurduq, qulaqlarını qapadıq) təbiri 309 illik yuxu və yenidən oyanış mənasındadır.("Təfsire-Məcməül-bəyan”. )
Bildirişlər
1. Dinin hifzi üçün insanda mərdanəlik, rifaha göz yummaq və hicrət kimi səciyyələr lazımdır.
2. Dua səy və hərəkətlə müşayiət olunduqda səmərə verir.
3. İmanın hifzi üçün günahkar mühitdən hicrət mərdanə işdir.
4. Allahın razılığı üçün hicrət və qiyam ilahi yardımlardan bəhrələnmə zəminidir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 11-cü ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 11-cü ayəsi nə haqqındadır?
Beləliklə, Biz onlara o mağarada bir neçə il ağır bir yuxu hakim etdik.
Əl-Kəhf ‏ surəsi 11-cü ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 11-cü ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 11-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 11-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 11-cü ayənin təfsiri nədir?
"Mağarada olduqları neçə ildə onların qulaqlarını qapadıq.”Nöqtələr"Fəta” sözünün cəm forması olan "fityə” sözü cavan mənasını bildirir. İmam Sadiq (ə) buyurur: "Fəta” imanlı insan mənasını bildirir. Çünki Allah həmin şəxslər yaşlı olduqları halda imanlarına xatir onları "fəta” kimi tanıtdırır.”(Muntəxəbul-əsər”, s. 485. )"Rəşəd” sözü "rüşd”, yəni ilahi qurtuluş və razılıq mənasında işlədilmişdir. Bu surədə üç yerdə "rəşəd” sözündən istifadə olunmuşdur: Kəhf səhabəsinin əhvalatında, Musa və Xızr...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.