Əl-Kəhf ‏ surəsi · 14-cü ayə

Onlar (dövrün diktatorunun qarşısında) qiyam edib «bizim Rəbbimiz göylərin və yerin Rəbbidir; biz Ondan savayı əsla başqa bir məbud çağırmayacağıq ki, (əgər elə etsək) onda həddi aşmış bir söz söyləmiş olarıq» deyən zaman, onların qəlblərini möhkəmləndirdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 14
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Biz onların qəlbinə güc və möhkəmlik verdik, ayağa qalxıb (xalqdan fərqli olaraq) dedilər: «Bizim Rəbbimiz elə həmin göylərin və yerin Rəbbidir. Heç vaxt Ondan başqa məbud çağırmayacağıq. Belə etmiş olsaq, xəta söz demiş olarıq.»”
Nöqtələr
"Şətət” sözü haqdan uzaqlıqda və batilin izharında ifrat mənasını bildirir. Belə bir hal heç vəchlə qəbul olunmur.
Bildirişlər
1. Qəlblərin aramlığı və sabitliyi Allahın əlindədir.
2. Cəmiyyət yolunu azdığı vaxt bir yerdə dayanmaq olmaz və qiyam etmək zəruridir.
3. İlahi yardımlar iman, vəhdət, qiyam və təvəkkül sayəsində əldə olunur.
4. Sitəmkar qarşısında qiyam üçün möhkəm iman və arxayın qəlbə ehtiyac var.
5. Həqiqi iman haqq uğrunda qiyamla müşayiət olunur.
6. Gerçək müvəhhid (təkallahçı) heç vaxt şirk sorağınca getmir.
7. Tövhidin səmərəsi rübubiyyətdə, tövhid isə bəndəlik etməkdir.
8. Şirk yolverilməz azğınlıqdır və heç vaxt əfv olunmur.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 14-cü ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 14-cü ayəsi nə haqqındadır?
Onlar (dövrün diktatorunun qarşısında) qiyam edib «bizim Rəbbimiz göylərin və yerin Rəbbidir; biz Ondan savayı əsla başqa bir məbud çağırmayacağıq ki, (əgər elə etsək) onda həddi aşmış bir söz söyləmiş olarıq» deyən zaman, onların qəlblərini möhkəmləndirdik.
Əl-Kəhf ‏ surəsi 14-cü ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 14-cü ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 14-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 14-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 14-cü ayənin təfsiri nədir?
"Biz onların qəlbinə güc və möhkəmlik verdik, ayağa qalxıb (xalqdan fərqli olaraq) dedilər: «Bizim Rəbbimiz elə həmin göylərin və yerin Rəbbidir. Heç vaxt Ondan başqa məbud çağırmayacağıq. Belə etmiş olsaq, xəta söz demiş olarıq.»”Nöqtələr"Şətət” sözü haqdan uzaqlıqda və batilin izharında ifrat mənasını bildirir. Belə bir hal heç vəchlə qəbul olunmur.Bildirişlər1. Qəlblərin aramlığı və sabitliyi Allahın əlindədir.2. Cəmiyyət yolunu azdığı vaxt bir yerdə dayanmaq olmaz və qiyam etmək zəruridir.3....
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.