Əl-Kəhf ‏ surəsi · 17-ci ayə

Və (mağaraları ekvator xəttinin şimalında, mağaranın ağızı isə cənub qütbünə tərəf olduğu üçün) günəş çıx(ıb yuxarı qalxmağa başlay)an zaman onu onların mağaralarından (onun önündən) sağ tərəfə meyl edən (və şüasını mağaraya saçan), batanda isə (şüasını) onların sol tərəfindən kəsərək əyilən görərsən və onlar həmin mağaranın geniş bir yerində idilər. Bu, Allahın nişanə və möcüzələrindəndir. Allah kimi hidayət etsə o, həqiqi yolu tapmışdır və kimi öz zəlalətində boşlasa, onda onun üçün əsla doğru yol göstərən bir köməkçi və başçı tapmazsan.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 17
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"(Əgər orada olsaydın) görərdin ki, günəş doğduğu vaxt onların sağına meyl edir, batdığı vaxt onları boşlayıb sola yönəlir. Onlar mağaranın geniş bir hissəsində qərar tutdular. Bu, Allahın ayə və nişanələrindəndir. Allahın hidayət etdiyi kəs həqiqətən hidayət olmuşdur. Onun yoldan çıxardığı kəs üçün isə heç vaxt yol göstərən yardımçı tapa bilməzsən.”
Nöqtələr
Kəhf səhabələrinin mağarası coğrafi baxımdan şimal-şərqdə yerləşirdi və günəş onu sonadək işıqlandırmırdı. Bu mağaranın harada olması barədə ixtilaf var. Bəziləri həmin mağaranın Dəməşq ətrafında olduğunu bildirirlər. Kəhf əshabı mağarasının İordaniyanın paytaxtı Oman şəhəri ətrafında olduğunu da iddia edənlər var. Qeyd olunan yerdə səhabələrin sayı qədər qəbir və divarda həkk olmuş it cizgisi var. Mağaranın yuxarı hissəsində qədim bir sövmiyə (rahib ibadətgahı) var. Orada müsəlmanlar məscid tikmişlər.(Bax: "Yusuf”, 99.)
Hər halda mağaranın xüsusiyyətləri ilahi rəhmət nişanələrindəndir. Ötən ayədə bununla bağlı vəd vardı.
Bildirişlər
1. Allah bəzən möcüzə yolu ilə yox, təbii şəkildə hifz edər. Kəhf əshabı da bu sayaq hifz olunmuşdur. Günəşin mağaranı birbaşa işıqlandırmaması, nəsim yelinin mövcudluğu, mağara ərazisinin genişliyi bu səhabələrin salamatlığı üçün zəruri olan amillərdəndir.
2. İman üçün tövfiq əldə olunması, müşrik qövmdən uzaqlıq, sadalanan xüsusiyyətlərə malik mağaraya sığınmaq yalnız Allahın istək və hidayəti ilə mümkün olan işlərdir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 17-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 17-ci ayəsi nə haqqındadır?
Və (mağaraları ekvator xəttinin şimalında, mağaranın ağızı isə cənub qütbünə tərəf olduğu üçün) günəş çıx(ıb yuxarı qalxmağa başlay)an zaman onu onların mağaralarından (onun önündən) sağ tərəfə meyl edən (və şüasını mağaraya saçan), batanda isə (şüasını) onların sol tərəfindən kəsərək əyilən görərsən və onlar həmin mağ...
Əl-Kəhf ‏ surəsi 17-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 17-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 17-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 17-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 17-ci ayənin təfsiri nədir?
"(Əgər orada olsaydın) görərdin ki, günəş doğduğu vaxt onların sağına meyl edir, batdığı vaxt onları boşlayıb sola yönəlir. Onlar mağaranın geniş bir hissəsində qərar tutdular. Bu, Allahın ayə və nişanələrindəndir. Allahın hidayət etdiyi kəs həqiqətən hidayət olmuşdur. Onun yoldan çıxardığı kəs üçün isə heç vaxt yol göstərən yardımçı tapa bilməzsən.”NöqtələrKəhf səhabələrinin mağarası coğrafi baxımdan şimal-şərqdə yerləşirdi və günəş onu sonadək işıqlandırmırdı. Bu mağaranın harada olması barədə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.