Əl-Kəhf ‏ surəsi · 26-cı ayə

(Onların neçə il qalmaları barədə ixtilaf edənlərə) de: «Allah onların qaldıqları müddəti daha yaxşı bilir, göylərin və yerin qeybi (hər bir canlı varlığın hissiyatından xaric olan şey) Ona məxsusdur (elmi cəhətdən onları əhatə edən Odur). Necə də görən və eşidəndir! Və onların Allahdan başqa heç bir yardımçı və başçıları yoxdur və O Özünün (göylərə və yerə olan) hakimiyyətinə heç kəsi şərik etmir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 26
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"De ki, Allah mağarada qaldıqları müddəti daha yaxşı bilir. Göylərin və yerin qeybi də Ona aiddir. Necə də görən və eşidəndir! Xalq üçün Ondan savay yardımçı yoxdur. O Öz hökmünə kimsəni şərik etməmişdir.”
Nöqtələr
Yəhudilər Kəhf səhabələrinin mağarada nə qədər qalması ilə bağlı Həzrət Əliyə (ə) sual ünvanladılar. Həzrət onların 309 il qaldığını buyurdu. Dedilər: "Bizim kitabımızda 300 il qeyd olunub!” Həzrət buyurdu: ”9 il günəş təqvimi ilə ay təqvimi arasındakı fərqdən yaranıb.”("Yunus”, 15.)
Mərağinin təfsirində həmin 9 il Quran üçün möcüzə sayılır. Ay təqvimi ilə günəş təqvimi arasındakı fərqin dəqiq göstərilməsi diqqəti cəlb edir.
Deyilə bilər ki, müddət həmin 300 il olmuşdur və xalq 9 il ona artırmışdır. Bu səbəbdən Allah "De ki, Allah daha yaxşı bilir” buyurur.
İnsan ömrü üçün müəyyən hədd təyin olunmamışdır. Su 100º-də qaynayıb, 0º-də buza döndür, lakin insan ömrünə münasibətdə dəqiq rəqəm göstərmək olmaz. Sınaqlar zamanı bəzi canlıların ömrü 12 dəfəyədək arta bilir. Elmi mənbələrdə yazılır: Şimal qütbündə neçə min il öncə buzlaşmış balıq ilıq suda yerləşdirildikdən sonra yenidən canlanmışdır("Hud”, 29. )
Rəqəmlər bəzən sadə şəkildə bəyan olunduqda daha tez unudulur. Məsələn, xəstə həkimə "dörd saat növbədə dayanmışam” və ya "dörd saatdan yeddi dəqiqə az növbədə dayanmışam” deyirsə, bu iki deyiliş diqqəti fərqli şəkildə cəlb edir. Bəzən rəqəmlər az və ya çoxluğu bildirmək məqsədi daşıdığından bir o qədər də diqqət çəkmir. Dəqiq şəkildə bəyan olunan rəqəm isə dinləyicinin diqqətini daha çox cəzb edir. Bu səbəbdən də həzrət Nuhun təbliğ müddəti haqqında belə buyurulur: "Min ildən əlli il əskik.” Belə bir bəyan dəqiqliyi göstərir. Bu ayədə də üç yüz il və doqquz il əlavə” təbiri dəqiq bir vaxtdan söhbət açır.
Bildirişlər
1. Rəqəmlər və ədədlər dəqiq şəkildə bəyan olunmalıdır.
2. Rəqəmlərin bəyanına diqqət bu rəqəmləri yaddaşda möhkəmləndirir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 26-cı ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 26-cı ayəsi nə haqqındadır?
(Onların neçə il qalmaları barədə ixtilaf edənlərə) de: «Allah onların qaldıqları müddəti daha yaxşı bilir, göylərin və yerin qeybi (hər bir canlı varlığın hissiyatından xaric olan şey) Ona məxsusdur (elmi cəhətdən onları əhatə edən Odur). Necə də görən və eşidəndir! Və onların Allahdan başqa heç bir yardımçı və başçıl...
Əl-Kəhf ‏ surəsi 26-cı ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 26-cı ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 26-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 26-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 26-cı ayənin təfsiri nədir?
"De ki, Allah mağarada qaldıqları müddəti daha yaxşı bilir. Göylərin və yerin qeybi də Ona aiddir. Necə də görən və eşidəndir! Xalq üçün Ondan savay yardımçı yoxdur. O Öz hökmünə kimsəni şərik etməmişdir.”NöqtələrYəhudilər Kəhf səhabələrinin mağarada nə qədər qalması ilə bağlı Həzrət Əliyə (ə) sual ünvanladılar. Həzrət onların 309 il qaldığını buyurdu. Dedilər: "Bizim kitabımızda 300 il qeyd olunub!” Həzrət buyurdu: ”9 il günəş təqvimi ilə ay təqvimi arasındakı fərqdən yaranıb.”("Yunus”, 15.)Mər...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.