Əl-Kəhf ‏ surəsi · 27-ci ayə

Və Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun kəlmələrini (Lövhi-Məhfuzu və ya Qur’anı və onun kəlmə və mənalarını) dəyişdirən yoxdur və heç vaxt Ondan başqa bir sığınacaq və pənah yeri tapmayacaqsan.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 27
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Rəbbinin xitabından sənə vəhy olunanı (xalqa) oxu. İlahi sözləri (sünnələri) dəyişən yoxdur. Heç vaxt Ondan savay sığınacaq tapmazsan.”
Nöqtələr
Peyğəmbər müxaliflərinin bəhanələrindən biri bu idi ki, onlar Quranın dəyişməsini istəyir və deyirdilər: "Ya başqa bir Quran gətir, ya da onu dəyiş.”(Təfsire-Nurus-səqəleyn”. ) Peyğəmbər onlara cavab olaraq buyurdu: "Bu iş mənim ixtiyarımda deyil. Ayələri dəyişmək yalnız Allahın işidir.”
Bildirişlər
1. Vəhy və səmavi kitabın nazil olması ilahi rübubiyyət şərtidir və insanların tərbiyəsinə yönəlmişdir.
2. Quran istənilən bir dəyişiklik və təhrifdən uzaqdır. İslam Peyğəmbəri (s) son peyğəmbər olduğu kimi, Quran da son səmavi kitabdır.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 27-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 27-ci ayəsi nə haqqındadır?
Və Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun kəlmələrini (Lövhi-Məhfuzu və ya Qur’anı və onun kəlmə və mənalarını) dəyişdirən yoxdur və heç vaxt Ondan başqa bir sığınacaq və pənah yeri tapmayacaqsan.
Əl-Kəhf ‏ surəsi 27-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 27-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 27-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 27-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 27-ci ayənin təfsiri nədir?
"Rəbbinin xitabından sənə vəhy olunanı (xalqa) oxu. İlahi sözləri (sünnələri) dəyişən yoxdur. Heç vaxt Ondan savay sığınacaq tapmazsan.”NöqtələrPeyğəmbər müxaliflərinin bəhanələrindən biri bu idi ki, onlar Quranın dəyişməsini istəyir və deyirdilər: "Ya başqa bir Quran gətir, ya da onu dəyiş.”(Təfsire-Nurus-səqəleyn”. ) Peyğəmbər onlara cavab olaraq buyurdu: "Bu iş mənim ixtiyarımda deyil. Ayələri dəyişmək yalnız Allahın işidir.”Bildirişlər1. Vəhy və səmavi kitabın nazil olması ilahi rübubiy...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.