Əl-Kəhf ‏ surəsi · 31-ci ayə

Onlar üçün altından çaylar axan əbədi Cənnətlər vardır. Onlar orada taxtların üzərində söykənmiş halda qızıl bilərziklərlə bəzədilər və yaşıl rəngli nazik və qalın ipək paltarlar geyinərlər. (Bu,) gözəl mükafat və gözəl bir məkandır!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 31
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Onlar üçün ağacları altdan çaylar axan əbədi bağlar var. Orada qızıl bilərziklərlə bəzənər, nazik və qalın ipəkdən yaşıl libaslar geyinər, (behiştə məxsus) taxtlara söykənərlər. Necə gözəl mükafat və necə xoş yerdir!”
Nöqtələr
"Ədn” dedikdə dayanma və məskən mənaları nəzərdə tutulur. Bilərzik "əsavirə”, nazik ipək "sundus”, qalın ipək isə "istəbrəq” adlanır. Tor çəkilmiş sultan taxtına isə "əraikə” deyilir.
Ötən iki ayədə cəhənnəm əhli haqqında oxuduq: "Necə pis içki, necə pis yerdir.” Bu ayədə isə behişt əhlinin mükafatı və məskəni haqqında xoş sözlər deyilir.
Behiştdə istənilən növ rəngdə, istənilən növ libaslar olsa da, mümkündür ki, bəzənib taxtlara söykənən zaman rəsmi və ümumi libas yaşıl libasdır.
Bildirişlər
1. Həm behişt bağlarındakı ağacların, həm də behişt qəsrlərinin altından çaylar axır.("Təfsire-Dürrül-Mənsur”. )
2. Behişt əhlinin bər-bəzəkdən istifadə etməsi insan fitrətində bər-bəzəyə meyl olmasını göstərir.
3. İlahi göstərişlərə iman və əməl, dünyanın haram bər-bəzəyindən uzaqlıq axirətdə əbədi dəbdəbəyə çatmaq rəmzidir.
4. Məad həm ruhani, həm də çismanidir (həm ruha aiddir, həm də cismə). Əgər məad təkcə ruhani olsaydı hansısa qızıla, ipəyə və taxta ehtiyac qalmazdı.
5. Yaşıl rəng behişt rəngidir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 31-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 31-ci ayəsi nə haqqındadır?
Onlar üçün altından çaylar axan əbədi Cənnətlər vardır. Onlar orada taxtların üzərində söykənmiş halda qızıl bilərziklərlə bəzədilər və yaşıl rəngli nazik və qalın ipək paltarlar geyinərlər. (Bu,) gözəl mükafat və gözəl bir məkandır!
Əl-Kəhf ‏ surəsi 31-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 31-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 31-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 31-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 31-ci ayənin təfsiri nədir?
"Onlar üçün ağacları altdan çaylar axan əbədi bağlar var. Orada qızıl bilərziklərlə bəzənər, nazik və qalın ipəkdən yaşıl libaslar geyinər, (behiştə məxsus) taxtlara söykənərlər. Necə gözəl mükafat və necə xoş yerdir!”Nöqtələr"Ədn” dedikdə dayanma və məskən mənaları nəzərdə tutulur. Bilərzik "əsavirə”, nazik ipək "sundus”, qalın ipək isə "istəbrəq” adlanır. Tor çəkilmiş sultan taxtına isə "əraikə” deyilir.Ötən iki ayədə cəhənnəm əhli haqqında oxuduq: "Necə pis içki, necə pis yerdir.” Bu ayədə is...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.