Əl-Kəhf ‏ surəsi · 42-ci ayə

(Nəhayət o, qəzəbə düçar oldu) və meyvələri məhv oldu. Beləliklə, bağın divarları tənək çardaqlarının üstünə uçmuş halda, onun yolunda xərclədiklərinə görə (təəssüfdən) ovuclarını ovuşdurur və (elə hey) deyirdi: «Kaş heç kəsi öz Rəbbimə şərik qoşmayaydım (vay olsun mənə ki, qəflət üzündən özümü və zahiri səbəbləri Allahdan daha təsirli hesab etdim)!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Onun bar-bəhrəsi (ilahi qəzəblə) əhatə oldu. Elə bir hala düşdü ki, bağa qoyduğu xərclərə xatir (həsrətdən) iki əlini bir-birinə çəkdi. Halbuki onun (bağın) dayaqları uçulub tökülmüşdü. O deyirdi: "Kaş ki, kimsəni Rəbbimə şərik qoşmayaydım.”
Nöqtələr
Bəziləri təkəbbür göstərib malına güvənməklə Allahdan qəflətdə qalır və tövhid mehvərindən çıxıb müşrik olur. Amma istər möminlər, istərsə də kafirlər nə vaxtsa Allah qarşısında etiraf etməli olur.("Yunus”, 24; "Hədid”, 20. )
Bildirişlər
1. Allah əhatə edəndir ("Mühit”) Onun həm lütfü, həm də qəhr-qəzəbi əhatəlidir.("Təfsire-bürhan”. "Bihar”, c. 74, s. 108; "Təfsire-Nurus-səqəleyn”. )
2. Allahın cəzası qürrələnənlərin pusqusundadır.
3. Allahın bəlaları və əzabları öz pis düşüncə və əməllərimizin nəticəsidir. Bağ sahibi haqqında danışılarkən əvvəlcə onun küfrü, sonra ilahi bəla qeyd olunur.
4. Ümidsizliklər və daxili hallar insanın zahirində və rəftarlarında əsər qoyur.
5. Dünyapərəstlər hadisələrə münasibətdə öncə iqtisadi, sonra mənəvi təhlil edirlər. Onlar öncə düşdükləri zərərə görə həsrət çəkir, sonra şirklərinə görə peşman olurlar.
6. Dünyada əzablar yatmış vicdanların və qəflətdə olan qəlblərin oyanış səbəbidir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 42-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 42-ci ayəsi nə haqqındadır?
(Nəhayət o, qəzəbə düçar oldu) və meyvələri məhv oldu. Beləliklə, bağın divarları tənək çardaqlarının üstünə uçmuş halda, onun yolunda xərclədiklərinə görə (təəssüfdən) ovuclarını ovuşdurur və (elə hey) deyirdi: «Kaş heç kəsi öz Rəbbimə şərik qoşmayaydım (vay olsun mənə ki, qəflət üzündən özümü və zahiri səbəbləri Alla...
Əl-Kəhf ‏ surəsi 42-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 42-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 42-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 42-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 42-ci ayənin təfsiri nədir?
"Onun bar-bəhrəsi (ilahi qəzəblə) əhatə oldu. Elə bir hala düşdü ki, bağa qoyduğu xərclərə xatir (həsrətdən) iki əlini bir-birinə çəkdi. Halbuki onun (bağın) dayaqları uçulub tökülmüşdü. O deyirdi: "Kaş ki, kimsəni Rəbbimə şərik qoşmayaydım.”NöqtələrBəziləri təkəbbür göstərib malına güvənməklə Allahdan qəflətdə qalır və tövhid mehvərindən çıxıb müşrik olur. Amma istər möminlər, istərsə də kafirlər nə vaxtsa Allah qarşısında etiraf etməli olur.("Yunus”, 24; "Hədid”, 20. )Bildirişlər1. Allah əhatə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.