Əl-Kəhf ‏ surəsi · 46-cı ayə

Mal və övladlar dünya həyatının zinət və bəzəyidir. (Haqq etiqad, mənəvi fəzilətlər və yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı və (dünya və axirətdəki nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Var-dövlət və övladlar dünya həyatının zinətidir. Layiqli və davamlı işlərin Allah yanında daha üstün mükafatı var. Onlara ümid etmək yaxşıdır.”
Nöqtələr
Rəvayətlərdə "baqiyatus-salihat” təbiri üçün beş vaxt namaz, Allahın zikri, Əhli-beytə (ə) məhəbbət kimi nümunələr göstərilir.("Vaqiə”, 5, 6.)
Dünyanın bütün maddi nemətləri dünya zinətidir. Var-dövlət və övladın isə daha çox cazibəsi var. Bu səbəbdən də həmin iki nemət xüsusi qeyd olunmuşdur. Çünki adətən, qız yox, oğlan övladlar iqtisadi və fəal qüvvədir. Bu səbəbdən də "mal” sözü ilə yanaşı "bənat” yox, "bənun” sözü işlədilmişdir.
Bildirişlər
1. Var-dövlət və övladın cazibəsi yalnız dünyaya aiddir və bu iki nemətin axirətdə heç bir faydası yoxdur.
2. Maddi imkana malik olanlar lovğalanmasınlar. Var-dövləti olmayanlar da qəm yeməsin.
3. Var-dövlət və övlad əbədi deyil. Yalnız davamlı şeylər haqqında düşünüb, onlara könül verək.
4. Allah qarşısında heç bir saleh əməl zay olmur. Onların mükafatına zəmanət verilmişdir.
5. Yaxşı işlərin dəyərini hamı bilmir. İnsanların çoxu xeyir-bərəkəti maddi ləzzətlərdə görür.
6. Mükafat və cəza tərbiyə şərtidir və Allahın rübubiyyət şənindəndir.
7. Yalnız mükafat haqqında düşünməyin, ən əsası davamlı gələcəkdir.
8. Xalqın təlim-tərbiyəsində onların arzu və ümidlərindən istifadə edək.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 46-cı ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 46-cı ayəsi nə haqqındadır?
Mal və övladlar dünya həyatının zinət və bəzəyidir. (Haqq etiqad, mənəvi fəzilətlər və yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı və (dünya və axirətdəki nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir.
Əl-Kəhf ‏ surəsi 46-cı ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 46-cı ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 46-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 46-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 46-cı ayənin təfsiri nədir?
"Var-dövlət və övladlar dünya həyatının zinətidir. Layiqli və davamlı işlərin Allah yanında daha üstün mükafatı var. Onlara ümid etmək yaxşıdır.”NöqtələrRəvayətlərdə "baqiyatus-salihat” təbiri üçün beş vaxt namaz, Allahın zikri, Əhli-beytə (ə) məhəbbət kimi nümunələr göstərilir.("Vaqiə”, 5, 6.)Dünyanın bütün maddi nemətləri dünya zinətidir. Var-dövlət və övladın isə daha çox cazibəsi var. Bu səbəbdən də həmin iki nemət xüsusi qeyd olunmuşdur. Çünki adətən, qız yox, oğlan övladlar iqtisadi və fəa...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.