Əl-Kəhf ‏ surəsi · 51-ci ayə

Mən onları (Şeytanı və övladlarını) nə göylərin yaradılmasında və nə də öz yaradılışlarında şahid tutdum (ki, yaradılışda mənə kömək etsinlər və öz hallarından xəbərdar olsunlar). Mən heç vaxt (insanları doğru yoldan) azdıranlardan kömək götürən olmamışam.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 51
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Mən onları (İblis və övladlarını) nə səmaların və yerin, nə də özlərinin yaranışında şahid gətirmədim. Mən azğınları özümə köməkçi götürmərəm.”
Nöqtələr
Həzrət Əliyə (ə) dedilər: "Hakimiyyətin möhkəmlənənədək Müaviyəni əmirlikdə saxla. Qüdrətə çatdıqdan sonra onu işdən kənarlaşdırarsan.” Həzrət belə bir işin mümkün olmadığını buyurdu.("Ğafir”, 60. )
Allah mütləq ehtiyacsızdır. Hətta yaranış prosesində Onun kimsənin köməyinə ehtiyacı yoxdur. Onun hər hansı işi başqasına, məsələn, mələklərə tapşırması acizlikdən yox, hikmətdəndir və insanların tərbiyəsi üçündür.(Bəqərə”, 174; "Ali-İmran”, 77.)
Bildirişlər
1. Allahın yaranışda şahidə ehtiyacı yoxdur.
2. Varlıq və yaranışın sirrini Allahdan başqa kimsə bilməz.
3. Yalnız yaradanın hakimiyyət haqqı var.
4. Allahın məmurları etibarlı olmalıdır.
5. Allahın yolunda olanlar azğınlardan yardım almamalı, siyasi və iqtisadi müstəqilliklərini hifz etməlidirlər.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 51-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 51-ci ayəsi nə haqqındadır?
Mən onları (Şeytanı və övladlarını) nə göylərin yaradılmasında və nə də öz yaradılışlarında şahid tutdum (ki, yaradılışda mənə kömək etsinlər və öz hallarından xəbərdar olsunlar). Mən heç vaxt (insanları doğru yoldan) azdıranlardan kömək götürən olmamışam.
Əl-Kəhf ‏ surəsi 51-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 51-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 51-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 51-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 51-ci ayənin təfsiri nədir?
"Mən onları (İblis və övladlarını) nə səmaların və yerin, nə də özlərinin yaranışında şahid gətirmədim. Mən azğınları özümə köməkçi götürmərəm.”NöqtələrHəzrət Əliyə (ə) dedilər: "Hakimiyyətin möhkəmlənənədək Müaviyəni əmirlikdə saxla. Qüdrətə çatdıqdan sonra onu işdən kənarlaşdırarsan.” Həzrət belə bir işin mümkün olmadığını buyurdu.("Ğafir”, 60. )Allah mütləq ehtiyacsızdır. Hətta yaranış prosesində Onun kimsənin köməyinə ehtiyacı yoxdur. Onun hər hansı işi başqasına, məsələn, mələklərə tapşırma...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.