Əl-Kəhf ‏ surəsi · 52-ci ayə

Və (yada sal) o gün(ü) ki, (Allah müşriklərə) buyurar: «Mənim şəriklərim olmalarını zənn etdiyiniz kəsləri (bütləri, mələkləri, bəzi peyğəmbərləri və cinləri) çağırın (sizin dadınıza çatsınlar).» Beləliklə onlar (müşriklər) çağırarlar, amma onlar (Allahın şəriki sandıqları şeylər) cavab verməzlər və onlarla məbudları arasında qarşılıqlı inamsızlıq uçurumu, şölələnmiş od, yandıran və məhv edən səhra yaradarıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 52
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"(Xatırla,) o gün ki, (qiyamətdə Allah mələklərə) deyər: «Mənə şərik qoşduqlarınızı yanınıza çağırın (sizə kömək etsinlər). Onları çağırarlar, amma bir cavab çıxmaz. Biz onların arasında həlakət dərəsi qərar verərik.»”
Nöqtələr
Allahdan uzaq düşənlər avara qalır. Onlar insana, cansız cismə, heyvana, günəşə, aya, inəyə, buzova, mələklərə və şeytanlara müraciət etsələr də, bir cavab almırlar. Allahı çağıranlara isə hökmən cavab verilir.("Furqan”, 12.)
Sual: Quranda bildirilir ki, Allah haqqı gizlədənlərlə və əhdi pozanlarla danışmaz("İsra”, 81. )Bəs nə üçün bu ayədə Allahın müşriklərlə danışdığı bildirilir?
Cavab: Ola bilsin ki, haqqı gizlədənlər müşrikdən də pisdirlər. Ya da bu nöqtə qiyamət mərhələlərinin müxtəlifliyi ilə izah oluna bilər. Bir mərhələdə Allah danışır, digər mərhələdə onlardan üz çevirir. «Allah onlarla danışmaz» dedikdə mümkündür ki, mehriban danışıq nəzərdə tutulur.
Bildirişlər
1. Qiyamətdə müşriklərlə onların məbudları arasında böyük bir fasilə olar.
2. Allah qiyamətdə müşriklərə imkan verir ki, öz məbudlarından yardım istəsinlər. Amma bunun nə faydası?
3. Cəhalət, əsassız təsəvvürlər şirkin köküdür.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 52-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 52-ci ayəsi nə haqqındadır?
Və (yada sal) o gün(ü) ki, (Allah müşriklərə) buyurar: «Mənim şəriklərim olmalarını zənn etdiyiniz kəsləri (bütləri, mələkləri, bəzi peyğəmbərləri və cinləri) çağırın (sizin dadınıza çatsınlar).» Beləliklə onlar (müşriklər) çağırarlar, amma onlar (Allahın şəriki sandıqları şeylər) cavab verməzlər və onlarla məbudları a...
Əl-Kəhf ‏ surəsi 52-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 52-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 52-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 52-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 52-ci ayənin təfsiri nədir?
"(Xatırla,) o gün ki, (qiyamətdə Allah mələklərə) deyər: «Mənə şərik qoşduqlarınızı yanınıza çağırın (sizə kömək etsinlər). Onları çağırarlar, amma bir cavab çıxmaz. Biz onların arasında həlakət dərəsi qərar verərik.»”NöqtələrAllahdan uzaq düşənlər avara qalır. Onlar insana, cansız cismə, heyvana, günəşə, aya, inəyə, buzova, mələklərə və şeytanlara müraciət etsələr də, bir cavab almırlar. Allahı çağıranlara isə hökmən cavab verilir.("Furqan”, 12.)Sual: Quranda bildirilir ki, Allah haqqı giz...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.