Əl-Kəhf ‏ surəsi · 53-cü ayə

Günahkarlar (Cəhənnəm) odu(nu) görər, beləliklə ora mütləq daxil olacaqlarını bilərlər və oradan bir qayıdış yolu tapmazlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 53
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Günahkarlar (qiyamətdə) cəhənnəm odunu görərlər. Anlayarlar ki, bu oda düşəcəklər və qurtuluş yolu tapmayacaqlar.”
Nöqtələr
Günahkarların qiyamətdə qurtuluş yolu yoxdur. Çünki yalnız iman sayəsində xilas olmaq mümkündür. Allahın əfvi üçün tövbə və saleh əmələ ehtiyac var. Onlarınsa əli boşdur. Onların şəfaət dilədiyi bütlər çarəsiz olduğundan hökmən cəhənnəmə düşəsidirlər.
Bildirişlər
1. Ötən ayədə vəd edilmiş fəlakətli yer cəhənnəmdir.
2. Şirk günahdır, müşrik isə günahkar.
3. Odu görmək əzabdır. Odda yanmaq isə növbəti bir əzab olasıdır.
4. Günahkarlar qiyamətdə odu uzaqdan gördükdə belə onun hənirtisi səbəbindən odda olduqlarını düşünərlər.("Nəhcül-bəlağə”, x. 1. )
5. Şirk əbədi əzabdır.
6. Qiyamətdə günahkarın heç bir qurtuluş ümidi, çıxış yolu yoxdur.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 53-cü ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 53-cü ayəsi nə haqqındadır?
Günahkarlar (Cəhənnəm) odu(nu) görər, beləliklə ora mütləq daxil olacaqlarını bilərlər və oradan bir qayıdış yolu tapmazlar.
Əl-Kəhf ‏ surəsi 53-cü ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 53-cü ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 53-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 53-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 53-cü ayənin təfsiri nədir?
"Günahkarlar (qiyamətdə) cəhənnəm odunu görərlər. Anlayarlar ki, bu oda düşəcəklər və qurtuluş yolu tapmayacaqlar.”NöqtələrGünahkarların qiyamətdə qurtuluş yolu yoxdur. Çünki yalnız iman sayəsində xilas olmaq mümkündür. Allahın əfvi üçün tövbə və saleh əmələ ehtiyac var. Onlarınsa əli boşdur. Onların şəfaət dilədiyi bütlər çarəsiz olduğundan hökmən cəhənnəmə düşəsidirlər.Bildirişlər1. Ötən ayədə vəd edilmiş fəlakətli yer cəhənnəmdir.2. Şirk günahdır, müşrik isə günahkar.3. Odu görmək əzabdır. Od...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.