Əl-Kəhf ‏ surəsi · 54-cü ayə

Həqiqətən bu Qur’anda insanlar üçün hər cür məsəl gətirdik, amma insan hər şeydən çox düşmənçilik və ədavət aparandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 54
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Əlbəttə, Biz bu Quranda xalq üçün müxtəlif məsəllər çəkdik. İnsan isə hər şeydən öncə höcətləşəndir.”
Nöqtələr
"Sərrəfna” dedikdə müxtəlif bəyanlar mənası anlaşılır. Yəni, Biz təsir göstərə biləsi hər bir dil və məntiqlə onlarla danışdıq. "Cidal” sözü isə üstünlük əldə etmək istəyi ilə müşayiət olunan danışıq mənasındadır.
İnsan ilahi ruhu, mələklərdən üstünlüyü, mələklərin ona səcdəsi, varlıq aləminə hakimliyi kimi müsbət səciyyələrlə yanaşı, bir çox mənfi səciyyələrə də malikdir. Quran ayələrində bu ayələrə işarə olunmuşdur. Zalımlıq, cahillik, höcətkeşlik bu səciyyələrdəndir.
Bildirişlər
1. Xalqın doğru yola yönəlməsi və tərbiyəsi üçün təkrar, rəngarənglik və məsəl çəkmək zəruri və faydalı üsuldur.
2. Quranın məqsədi bütün xalqın hidayətidir. Quran məsəlləri hamının anlaması üçündür.
3. Allah Quran vasitəsi ilə höccəti tamamlamış, yetərli dəlillər gətirmişdir.
4. Quranda dəvət və hidayətin hər bir prinsipi üçün məsəl çəkilmişdir.
5. İnsanda qəbul ruhiyyəsi olmasa, məsəllər çox çəkildikcə o daha çox höcət edəsidir.
6. İnsan rəngarəngliyə və höcətə meyilli mövcuddur.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 54-cü ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 54-cü ayəsi nə haqqındadır?
Həqiqətən bu Qur’anda insanlar üçün hər cür məsəl gətirdik, amma insan hər şeydən çox düşmənçilik və ədavət aparandır.
Əl-Kəhf ‏ surəsi 54-cü ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 54-cü ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 54-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 54-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 54-cü ayənin təfsiri nədir?
"Əlbəttə, Biz bu Quranda xalq üçün müxtəlif məsəllər çəkdik. İnsan isə hər şeydən öncə höcətləşəndir.”Nöqtələr"Sərrəfna” dedikdə müxtəlif bəyanlar mənası anlaşılır. Yəni, Biz təsir göstərə biləsi hər bir dil və məntiqlə onlarla danışdıq. "Cidal” sözü isə üstünlük əldə etmək istəyi ilə müşayiət olunan danışıq mənasındadır.İnsan ilahi ruhu, mələklərdən üstünlüyü, mələklərin ona səcdəsi, varlıq aləminə hakimliyi kimi müsbət səciyyələrlə yanaşı, bir çox mənfi səciyyələrə də malikdir. Quran ayələrind...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.