Əl-Kəhf ‏ surəsi · 55-ci ayə

İnsanlara hidayət (peyğəmbər, kitab və möcüzələr) gələn zaman, onların iman gətirmələrinə və özlərinin Rəbbindən bağışlanma diləmələrinə (inadkarlıqlarından, sanki göydən gələn səs və zəlzələ kimi Allahın) keçmişdəkilərin (barəsində həyata keçmiş ənənəvi) qaydasının (hamılıqla həlak olmaq üçün) onlara da çatmasını və ya (məcburi iman gətirmələri üçün) onların qarşılarına əzab çıxmasını gözləmələrindən başqa bir şey mane olmadı.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 55
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Hidayət (doğru yol göstərişi) gəldikdən sonra xalqa iman gətirməkdən və öz Rəbbindən bağışlamaq diləməkdən uzaqlaşdıran nə oldu? Yalnız o ki, (istədilər) əvvəlkilər haqqında Rəblərinin sünnəsi (ilahi əzab) onlar üçün də gəlsin, ya da əzab onlarla qarşı-qarşıya dayansın!”
Bildirişlər
1. Bir belə nişanələri görə-görə iman gətirməkdən boyun qaçırmaq höcətçilik nişanəsidir.
2. Allah yetərincə dəlillər gətirir ki, insanların küfrü üçün bəhanə yolu qalmasın.
3. Təkcə iman gətirmək bəs etmir, büdrəmələrə görə tövbə də lazımdır.
4. Tövbə yolu qoymaq Allahın rübubiyyət şərtidir.
5. Tarixin ibrət götürüləsi sabit sünnələri, qanunları var.
6. Moizə və dəlillər bəzən yetərsiz olur və qarşı tərəfi cəzalandırmaq lazım gəlir. Bəzən səmavi vəhy, daimi təbliğ, tarixin müşahidəsi, ibrətlər, bir sözlə tərbiyəvi amillər inadkar insanlara təsir etmir.
7. İman və tövbə ilahi əzaba mane olur.
8. Allah-təala insanları həm keçmişdəkiləri cəzalandırdığı kimi, həm də yeni bir tərzdə cəzalandıra bilər.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 55-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 55-ci ayəsi nə haqqındadır?
İnsanlara hidayət (peyğəmbər, kitab və möcüzələr) gələn zaman, onların iman gətirmələrinə və özlərinin Rəbbindən bağışlanma diləmələrinə (inadkarlıqlarından, sanki göydən gələn səs və zəlzələ kimi Allahın) keçmişdəkilərin (barəsində həyata keçmiş ənənəvi) qaydasının (hamılıqla həlak olmaq üçün) onlara da çatmasını və y...
Əl-Kəhf ‏ surəsi 55-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 55-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 55-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 55-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 55-ci ayənin təfsiri nədir?
"Hidayət (doğru yol göstərişi) gəldikdən sonra xalqa iman gətirməkdən və öz Rəbbindən bağışlamaq diləməkdən uzaqlaşdıran nə oldu? Yalnız o ki, (istədilər) əvvəlkilər haqqında Rəblərinin sünnəsi (ilahi əzab) onlar üçün də gəlsin, ya da əzab onlarla qarşı-qarşıya dayansın!”Bildirişlər1. Bir belə nişanələri görə-görə iman gətirməkdən boyun qaçırmaq höcətçilik nişanəsidir.2. Allah yetərincə dəlillər gətirir ki, insanların küfrü üçün bəhanə yolu qalmasın.3. Təkcə iman gətirmək bəs etmir, büdrəmələrə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.