Əl-Kəhf ‏ surəsi · 56-cı ayə

Biz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk (çünki, hökmlərin icrası imamın vəzifələrindən, mükafat və cəza vermək isə Allahın işlərindəndir). Küfr edən kəslər, vasitəsi ilə haqqı yox etmək üçün batil yerə mübahisə edirlər (qeyri-məntiqi tələblər irəli sürür, Qiyamətin nə vaxt olacağından, Əshabi-Kəhfin sayı və ruhun həqiqəti barəsində suallar soruşurlar ki, şəkk-şübhə yaradaraq Qur’anı və peyğəmbərlik möcüzələrini aradan aparsınlar). Və onlar Mənim ayə və nişanələrimi, həmçinin qorxudulduqları şeyi ələ salırlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 56
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Biz peyğəmbərləri yalnız (möminlərə) müjdə verən və (günahkarları) qorxudan kimi göndəririk. Amma kafirlər batil yolla höcətləşib, düşmənçilik aparırlar ki, haqqı məhv etsinlər. Onlar bizim nişanələrimizi və qorxudulduqları şeyi məsxərəyə qoydular.”
Bildirişlər
1. İlahi sünnələrdən, peyğəmbər risalətindən, xalqın reaksiyasından və inadkar qövmün aqibətindən xəbərdarlıq peyğəmbər üçün bir növ təsəllidir.
2. Peyğəmbərlərin işi xalqı məcbur etmək yox, müjdə və xəbərdarlıqdır.
3. Allah xalqa höccəti tamamlayır, yetərincə dəlil gətirir. Din xalqa məcburi qəbul etdirilmir.
4. Kafirlərin məqsədi haqqın məhvi, bu məqsədə çatmaq üçün vasitələri höcət və istehzadır.
5. Haqla batil arasında tarix boyu müharibə olmuşdur.
6. Kafirlər haqqın qarşısını batil vasitəsi ilə almaq istəyirlər. Onlar anlamırlar ki, batil müvəqqətidir.(Təfsire-Nurus-səqəleyn”.)
7. Peyğəmbərlərin müjdə və xəbərdarlıqları gerçəklikdir və kafirlər onun məhvi üçün səy göstərirlər.
8. İlahi ayə və hökmlərin məsxərəyə qoyulması kafirlərin həmişəki işidir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 56-cı ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 56-cı ayəsi nə haqqındadır?
Biz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk (çünki, hökmlərin icrası imamın vəzifələrindən, mükafat və cəza vermək isə Allahın işlərindəndir). Küfr edən kəslər, vasitəsi ilə haqqı yox etmək üçün batil yerə mübahisə edirlər (qeyri-məntiqi tələblər irəli sürür, Qiyamətin nə vaxt olacağından, Əs...
Əl-Kəhf ‏ surəsi 56-cı ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 56-cı ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 56-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 56-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 56-cı ayənin təfsiri nədir?
"Biz peyğəmbərləri yalnız (möminlərə) müjdə verən və (günahkarları) qorxudan kimi göndəririk. Amma kafirlər batil yolla höcətləşib, düşmənçilik aparırlar ki, haqqı məhv etsinlər. Onlar bizim nişanələrimizi və qorxudulduqları şeyi məsxərəyə qoydular.”Bildirişlər1. İlahi sünnələrdən, peyğəmbər risalətindən, xalqın reaksiyasından və inadkar qövmün aqibətindən xəbərdarlıq peyğəmbər üçün bir növ təsəllidir.2. Peyğəmbərlərin işi xalqı məcbur etmək yox, müjdə və xəbərdarlıqdır.3. Allah xalqa höccəti ta...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.