Əl-Kəhf ‏ surəsi · 57-ci ayə

Kim Rəbbinin nişanələri ilə öyüd verildikdən sonra onlardan üz döndərən və özünün əvvəlcə əldə etdiklərini unudan şəxsdən daha zalımdır?! Həqiqətən Biz, anlamamaları üçün onların qəlbləri üzərinə (daşürəklilik və bədbəxtlik) örtüklər(i) çəkdik və (batini) qulaqlarında bir ağırlıq qoyduq. Əgər onları doğru yola dəvət etsən, bu hal ilə əsla hidayət olunmazlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 57
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Rəbbinin ayələri ilə xəbərdar edildikdən sonra onlardan üz döndərən, öz keçmiş əməllərini unudan kəsdən sitəmkar kimdir?! Əlbəttə, Quran ayələrini anlamasınlar deyə Biz onların qəlblərinə pərdələr çəkdik, doğru yola çağırıldıqları vaxt yola gəlməsinlər deyə qulaqlarında ağırlıq qərar verdik.”
Nöqtələr
"Təzəkkür” dedikdə insanın ruhunun dərinliyində Allahı tapdığı halda Ondan qəflətdə qalması rəmzi anlaşılır. "Təzəkkür”, yəni xəbərdarlıq, xatırlatma qəflət pərdəsini aradan götürmək üçündür. Həzrət Əli (ə) Peyğəmbərin (s) vəsfində buyurur: "Peyğəmbərin besətinin məqsədi budur ki, xalqa unutduqlarına vəfa qılmaq xatırladılsın.”(Əllamə Şərani "Təfsire-Əbül-Fütuh kitabının haşiyəsində bu yerin Şam və Fələstində olduğunu bildirir. )
"Əkinnə” dedikdə pərdələr və örtüklər mənası başa düşülür.
Bildirişlər
1. İlahi ayələrə etinasızlıq və diqqətsizlik ən böyük zülmdür.
2. Pis əməllərin xatırlanması tövbə və üzrxahlıq üçün zəmin yaradır. Əksinə, pis işlərə diqqətsizlik ruhun zülmətə bürünməsi səbəbi və bütün bədbəxtliklərin açarıdır.
3. İlahi ayələrə diqqətsizliyin, istehzanın və günahlardan xəbərsizliyin cəzası həqiqətlərin dərkindən məhrumluqdur.
4. İlahi əzab təkcə qiyamətə aid deyil. Dərketmə gücünün alınması da bir əzabdır.
5. Xalqın hidayəti, doğru yola yönəldilməsi üçün təkcə dəlil bəs etmir. Qarşı tərəfin qəbul ruhiyyəsi də şərtdir.
6. Yumşaq qəlb və eşidən qulaq hidayət yoludur. Bu iki səciyyə olmadıqda hətta peyğəmbərlərin də sözü cavabsız qalır.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 57-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 57-ci ayəsi nə haqqındadır?
Kim Rəbbinin nişanələri ilə öyüd verildikdən sonra onlardan üz döndərən və özünün əvvəlcə əldə etdiklərini unudan şəxsdən daha zalımdır?! Həqiqətən Biz, anlamamaları üçün onların qəlbləri üzərinə (daşürəklilik və bədbəxtlik) örtüklər(i) çəkdik və (batini) qulaqlarında bir ağırlıq qoyduq. Əgər onları doğru yola dəvət et...
Əl-Kəhf ‏ surəsi 57-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 57-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 57-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 57-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 57-ci ayənin təfsiri nədir?
"Rəbbinin ayələri ilə xəbərdar edildikdən sonra onlardan üz döndərən, öz keçmiş əməllərini unudan kəsdən sitəmkar kimdir?! Əlbəttə, Quran ayələrini anlamasınlar deyə Biz onların qəlblərinə pərdələr çəkdik, doğru yola çağırıldıqları vaxt yola gəlməsinlər deyə qulaqlarında ağırlıq qərar verdik.”Nöqtələr"Təzəkkür” dedikdə insanın ruhunun dərinliyində Allahı tapdığı halda Ondan qəflətdə qalması rəmzi anlaşılır. "Təzəkkür”, yəni xəbərdarlıq, xatırlatma qəflət pərdəsini aradan götürmək üçündür. Həzrət...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.