Əl-Kəhf ‏ surəsi · 58-ci ayə

Sənin Rəbbin çox bağışlayan və rəhmət sahibidir. Əgər onları (şirk və küfr əhlini) kəsb etdiklərinin müqabilində cəzalandırsaydı, onlara əzab verməkdə mütləq tələsərdi. (Lakin tələsmir,) əksinə, onlar üçün (Bədr müharibəsi və ya Qiyamət günü kimi) əsla nicat yolu və sığınacaq tapmayacaqları bir vəd vaxtı vardır .

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 58
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Rəbbin bağışlayan və rəhmət sahibidir. Əgər xalqı onların əməllərinə görə cəzalandırsa, onlara daha tez əzab göndərər. Amma onlar üçün vəd olunmuş məqam var. Allahın lütfü olmasa, heç vaxt geriyə dönüş yolu tapmazlar.”
Nöqtələr
"Məvil” dedikdə sığınacaq, qurtuluş vasitəsi mənası başa düşülür.
Allah həm ədalətlidir, həm də bağışlayan. O, ədaləti əsasında günahkarı cəzalandırmalıdır. Amma mərhəmətli olduğundan insana tövbə üçün möhlət verir. Tövbə etməyən insan isə ilahi ədalət əsasında cəzalandırılır.
Bildirişlər
1. Bağışlama və mərhəmət ilahi rübubiyyət şənindəndir və tərbiyə şərtidir.
2. Allah həm çox bağışlayandır, həm də geniş rəhmət sahibidir.
3. İlahi qəhr-qəzəb və əzab insanların öz əməllərinin nəticəsidir.
4. İnsanın məqsədli şəkildə yol verdiyi günahlar daha çirkindir və bu günahların əzabı daha ağırdır.
5. Günahkarlara möhlət vermək ilahi sünnədir.
6. Möhlət vermək və əzabı təxirə salmaq ilahi lütf nişanələrindəndir.
7. Allahın verdiyi möhlət günahkarları qürrələndirməsin. Çünki bir gün möhlət başa çatar, əzab anı yetişər və heç bir qurtuluş yolu qalmaz.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 58-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 58-ci ayəsi nə haqqındadır?
Sənin Rəbbin çox bağışlayan və rəhmət sahibidir. Əgər onları (şirk və küfr əhlini) kəsb etdiklərinin müqabilində cəzalandırsaydı, onlara əzab verməkdə mütləq tələsərdi. (Lakin tələsmir,) əksinə, onlar üçün (Bədr müharibəsi və ya Qiyamət günü kimi) əsla nicat yolu və sığınacaq tapmayacaqları bir vəd vaxtı vardır .
Əl-Kəhf ‏ surəsi 58-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 58-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 58-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 58-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 58-ci ayənin təfsiri nədir?
"Rəbbin bağışlayan və rəhmət sahibidir. Əgər xalqı onların əməllərinə görə cəzalandırsa, onlara daha tez əzab göndərər. Amma onlar üçün vəd olunmuş məqam var. Allahın lütfü olmasa, heç vaxt geriyə dönüş yolu tapmazlar.”Nöqtələr"Məvil” dedikdə sığınacaq, qurtuluş vasitəsi mənası başa düşülür.Allah həm ədalətlidir, həm də bağışlayan. O, ədaləti əsasında günahkarı cəzalandırmalıdır. Amma mərhəmətli olduğundan insana tövbə üçün möhlət verir. Tövbə etməyən insan isə ilahi ədalət əsasında cəzalandırıl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.