Əl-Kəhf ‏ surəsi · 65-ci ayə

Beləliklə, Bizim, Öz tərəfimizdən bir rəhmət (vəhy və nübuvvət, uzun ömür, gözlərdən gizlin qalmaq və həyatda insanlardan ehtiyacsızlıq) verdiyimiz və Öz yanımızdan elm (yaradılış aləminin səbəb və nəticələri barəsində bilənin boynuna vəzifə qoyan elm) öyrətdiyimiz və vasitəsiz ilham verdiyimiz bəndələrimizdən birini (Xızır peyğəmbəri) tapdılar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 65
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Sonra (həmin yerdə) Öz tərəfimizdən böyük mərhəmət əta etdiyimiz bəndəmizi tapdılar. Biz ona Öz elmimizdən öyrətmişdik.”
Nöqtələr
İmam Sadiq (ə) buyurur: "Musa şəriət elmini Xızrdan daha yaxşı bilirdi. Digər sahələrdə Xızr Musadan daha agah idi.("Bihar”, c. 86, s. 18. )
Ayədə "əbd” (bəndə) deyərkən həzrət Xızra işarə olunmuşdur. O, müəyyən dəlillərə əsasən peyğəmbər olmuşdur:
a) Musa kimi peyğəmbərə ustad olan şəxs hökmən peyğəmbər olasıdır.
b) "Əbdina”, "əbdihi”, "ibadina” təbirləri Quranda adətən peyğəmbərlərlə bağlı işlədilir.
v) Xızr Musaya dedi: "Məndən gördüyün və səbir etmədiyin bütün qeyri-adi işlər mənim yox, Allahın əmri və rəyi əsasında idi.”
q) Musa Xızra söz verdi ki, mən sənin göstərişinə zidd bir iş görmərəm. Ülul-əzm peyğəmbərin nə üçün-niyəsiz təslimçiliyi, qarşısında dayanan şəxsin məsum və peyğəmbər olduğunu göstərir.
d) Qeyri-adi elmlər peyğəmbərlərə məxsusdur.
e) Bəzi təfsirçilər haqqında danışılan tərəfə aid edilən "Rəhmət” sözünü peyğəmbərlik kimi açıqlamışlar.
Bildirişlər
1. Bəzi elmləri səy, təcrübə və təlim yolu ilə əldə etmək olmur. Bu sayaq elmləri əldə etmək üçün "lədunni”–ilahi elmə ehtiyac var.
2. Əziyyət və axtarışın sonu tapıntı və müvəffəqiyyətdir.
3. Cəmiyyətdə yol göstərən Xızrlar tapılır. Əsası axtarmaq, tapmaq və şagirdlik etməkdir.
4. İnsanları Allaha bəndəçiliyə doğru dəvət edən kəs həm özü, həm də onun ustadı həqiqi bəndə olmalıdır.
5. Yalnız bəndəlik sayəsində ilahi rəhmət və elm əldə etmək olar.
6. Hər bir bilikdən də üstünü həmin şeyi daha yaxşı bilməkdir. Demək, elmimizlə qürrələnməməliyik.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 65-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 65-ci ayəsi nə haqqındadır?
Beləliklə, Bizim, Öz tərəfimizdən bir rəhmət (vəhy və nübuvvət, uzun ömür, gözlərdən gizlin qalmaq və həyatda insanlardan ehtiyacsızlıq) verdiyimiz və Öz yanımızdan elm (yaradılış aləminin səbəb və nəticələri barəsində bilənin boynuna vəzifə qoyan elm) öyrətdiyimiz və vasitəsiz ilham verdiyimiz bəndələrimizdən birini (...
Əl-Kəhf ‏ surəsi 65-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 65-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 65-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 65-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 65-ci ayənin təfsiri nədir?
"Sonra (həmin yerdə) Öz tərəfimizdən böyük mərhəmət əta etdiyimiz bəndəmizi tapdılar. Biz ona Öz elmimizdən öyrətmişdik.”Nöqtələrİmam Sadiq (ə) buyurur: "Musa şəriət elmini Xızrdan daha yaxşı bilirdi. Digər sahələrdə Xızr Musadan daha agah idi.("Bihar”, c. 86, s. 18. )Ayədə "əbd” (bəndə) deyərkən həzrət Xızra işarə olunmuşdur. O, müəyyən dəlillərə əsasən peyğəmbər olmuşdur:a) Musa kimi peyğəmbərə ustad olan şəxs hökmən peyğəmbər olasıdır.b) "Əbdina”, "əbdihi”, "ibadina” təbirləri Quranda adətən ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.