Əl-Kəhf ‏ surəsi · 70-cu ayə

Dedi: «Belə isə, əgər mənə tabe olursansa, özüm (öz işlərimin batin və həqiqətindən) sənə bir söz açmayınca, (əvvəlcədən) məndən heç bir şey barəsində soruşma».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"(Xızr) dedi: «Əgər mənim ardımca gəlirsənsə, özüm bir söz deməyincə məndən heç nə haqqında soruşma.»”
Nöqtələr
Ötən ayələrdə bəyan olunduğu kimi, həzrət Musa ülul-əzm peyğəmbərlərdən olsa və şəriət elmini bilsə də, digər elmlərdə həzrət Xızr ondan üstün idi.
Bildirişlər
1. Tərbiyəçi və müəllim öz şagirdlərinin tutumundan xəbərdar olmalıdır.
2. Elmi məsuliyyətlər həvalə olunarkən müsbət və mənfi cəhətlər nəzərə alınmalıdır.
3. İnsanların məlumat tutumu fərqlidir. Hətta Musada Xızrın işlərinə dözüm yox idi.
4. Səbir olmadan elmi təkamül əldə oluna bilməz.
5. Bir çox höcətləşmələrin və kin-küdurətlərin səbəbi qarşı tərəfin düşüncə və məqsədindən xəbərsizlik olur.
6. Agahlıq və elmi əhatə insanın tutumunu və səbrini artırır.
7. Səbir və ilahi lütflə kamala çatmaq olar.
8. Gələcəkdə görəcəyimiz hər bir işdən öncə Allahın istəyini yada salaq və "inşaəllah” söyləyək.
9. Xızr məsum idi. Çünki Musa ona itaətsizlik göstərməyəcəyini əhd etdi.
10. Müəllimə itaət və təhsil yolunda səbir elmə çatmağın qaydası və şərtidir.
11. Elmi və tərbiyəvi işlərdə öhdəçilik götürmək caizdir.
12. Sual verməyin vaxtı var və bu işdə tələsmək olmaz.
13. Peyğəmbərlərin bütün işləri dəlil, məntiq və hikmətə əsaslanmışdır.
14. Ustad və tərbiyəçi öz şagirdlərinin şübhələrini aradan qaldırmalıdır.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 70-cu ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 70-cu ayəsi nə haqqındadır?
Dedi: «Belə isə, əgər mənə tabe olursansa, özüm (öz işlərimin batin və həqiqətindən) sənə bir söz açmayınca, (əvvəlcədən) məndən heç bir şey barəsində soruşma».
Əl-Kəhf ‏ surəsi 70-cu ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 70-cu ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 70-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 70-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 70-cu ayənin təfsiri nədir?
"(Xızr) dedi: «Əgər mənim ardımca gəlirsənsə, özüm bir söz deməyincə məndən heç nə haqqında soruşma.»”NöqtələrÖtən ayələrdə bəyan olunduğu kimi, həzrət Musa ülul-əzm peyğəmbərlərdən olsa və şəriət elmini bilsə də, digər elmlərdə həzrət Xızr ondan üstün idi.Bildirişlər1. Tərbiyəçi və müəllim öz şagirdlərinin tutumundan xəbərdar olmalıdır.2. Elmi məsuliyyətlər həvalə olunarkən müsbət və mənfi cəhətlər nəzərə alınmalıdır.3. İnsanların məlumat tutumu fərqlidir. Hətta Musada Xızrın işlərinə dözüm yox...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.