Əl-Kəhf ‏ surəsi · 74-cü ayə

Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, yeniyetmə bir oğlanla rastlaşdılar (Xızır görən kimi dərhal) onu öldürdü. Musa dedi: «Heç bir qətl törətmədiyi halda günahsız bir insanı öldürdün?! Doğrudan da (şəriət və ağıl baxımından) bəyənilməz bir iş gördün!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 74
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Beləcə, bir gənclə rastlaşanadək yollarına davam etdilər. Xızr həmin gənci öldürdü. Musa dedi: "Kimsəni öldürməmiş bir günahsızımı öldürdün? Həqiqətən, pis bir iş görmüş oldun!”
Nöqtələr
Həm peyğəmbərlər unutqan deyil, həm də bir şeyi yaddan çıxarmaq mühakimə olunmur. 73-cü ayədə "məni yaddan çıxardığım üçün məzəmmət etmə” cümləsi Musanın itaətdən çıxıb sakit dayanmamasına, bəzi işləri xilaf saymasına işarədir.
"İrhaq” dedikdə həm qəhr-qəzəblə əhatə etmə, həm də «çətin iş təklifi» mənaları anlaşılır.
"Qulam” və "zəkiyyə” sözlərindən anlaşılır ki, onların rastlaşdığı gənc yetkinlik həddinə çatmamışdı. Musa Xızrın ikinci işini birinci işindən daha ağır saydı.
Bildirişlər
1. Müəllim və ustad öz şagirdini məzəmmət edə bilər.
2. Təlim-tərbiyədə boş yerə şagirdə çətinlik yaratmaq olmaz.
3. Müəllim və ustad şagirdin üzrxahlığını qəbul etdikdən sonra öz işinə davam etməlidir.
4. Müəllim şagirdi maariflə tədricən tanış etməlidir. (Musa sirlərlə addım-addım tanış olur.)
5. Hökmlərə riayət etmək əxlaqi öhdəçiliklərdən mühümdür. Musa qətli günah saydığı üçün verdiyi vədi bir kənara qoyub pis işin qarşısını almağa çalışdı.
6. Musanın da dinində qisas qanunu vardı. Musa etiraz edirdi ki, nə üçün kimsəni qətlə yetirməmiş gənc öldürülsün?
7. Bəzən bir şəxsə yaxşı görünən iş bir başqasına pis görünə bilər.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 74-cü ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 74-cü ayəsi nə haqqındadır?
Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, yeniyetmə bir oğlanla rastlaşdılar (Xızır görən kimi dərhal) onu öldürdü. Musa dedi: «Heç bir qətl törətmədiyi halda günahsız bir insanı öldürdün?! Doğrudan da (şəriət və ağıl baxımından) bəyənilməz bir iş gördün!»
Əl-Kəhf ‏ surəsi 74-cü ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 74-cü ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 74-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 74-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 74-cü ayənin təfsiri nədir?
"Beləcə, bir gənclə rastlaşanadək yollarına davam etdilər. Xızr həmin gənci öldürdü. Musa dedi: "Kimsəni öldürməmiş bir günahsızımı öldürdün? Həqiqətən, pis bir iş görmüş oldun!”NöqtələrHəm peyğəmbərlər unutqan deyil, həm də bir şeyi yaddan çıxarmaq mühakimə olunmur. 73-cü ayədə "məni yaddan çıxardığım üçün məzəmmət etmə” cümləsi Musanın itaətdən çıxıb sakit dayanmamasına, bəzi işləri xilaf saymasına işarədir."İrhaq” dedikdə həm qəhr-qəzəblə əhatə etmə, həm də «çətin iş təklifi» mənaları anlaşıl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.