Əl-Kəhf ‏ surəsi · 77-ci ayə

Beləliklə, hər ikisi (yenə) yola düşdülər. Bir kəndin əhalisinə çatanda, oranın camaatından yemək istədilər. Onlar bu ikisini qonaq etməkdən imtina etdilər. (Xızırla Musa) orada uçmaq üzrə olan bir divar gördülər. (Xızır) onu(n təməlini təzələməklə, yaxud təmir etməklə, yaxud ona dirək vurmaqla) dikəltdi. Musa dedi: «Əgər istəsəydin, əlbəttə bu əmələ görə bir muzd alardın!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 77
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"O iki nəfər bir kənd sakini ilə rastlaşanadək yol getdilər. Həmin yerin əhlindən qida istədilər. Amma onlar bu iki nəfəri qonaq etmək istəmədilər. Həmin iki nəfər orada uçmaqda olan bir divar gördü. Xızr divarı bərpa etdi. (Musa təəccüblə) dedi: «Əgər istəsəydin, bu işə görə muzd ala bilərdin!»”
Nöqtələr
Həmin yerin əhli Musa və Xızra yemək verməkdən imtina etdi. Amma Xızr uçmaqda olan divarı təklikdə təmir etdi.
Bildirişlər
1. Hər təhsil dövrünün müəyyən hərəkətə ehtiyacı var. Yeni dövrə təhsil üçün yerdəyişmə etmək dəyərdir.
2. Əxlaqi baxımdan süqut etmiş millət ülul-əzm peyğəmbərə çörək verməkdən də imtina edir. (Əlbəttə ki, peyğəmbərləri tanıdıqları halda belə edirlər.)
3. Qərib qonaqları yaxşı qarşılamayanlar məzəmmətə layiqdirlər.
4. Xalqın etinasızlığı və diqqətsizliyi bizim işimizə mənfi təsir göstərməsin.
5. Peyğəmbərlər bəzən ağır ehtiyac içində yaşayıblar.
6. Ehtiyaclı insanlar son həddə qənaət etsələr də, insanlıq kəraməti qonağı yaxşı şəkildə qəbul etməyi tələb edir.
7. Qonaq tanış olmaya da bilər. Qərib və yolda qalmış insanları da qəbul etmək lazımdır.
8. Nöqsanlı şeyi dəyərsiz sayıb ondan əl çəkmək yox, nöqsanı aradan qaldırmaq lazımdır.
9. Allahın övliyaları kin-küdurət və intiqam əhli olmamışlar. Kənd əhli onları qəbul etməsə də, Xızr onlara xidmət göstərdi.
10. Peyğəmbərlər xalqın malı və canı üzərində tam ixtiyar sahibidirlər və hər hansı müdaxilə üçün sahibdən icazə almalarına ehtiyac yoxdur.
11. "Əvvəl çörək, xörək” məntiqi hər yerdə özünü doğrultmur. Qarnı ac peyğəmbər müftə işləyirdi. Ehtiyacımız olan vaxt dəvət gözləmədən işə girişək.
12. Muzd almadan Allah yolunda çalışmaq eyb deyil.
13. Bir işin faydalı və zəruri olduğunu müəyyənləşdirdikdən sonra başqalarının mənfi münasibəti bizi işdən saxlamasın.
14. İşləmək, muzd almaq əskiklik deyil.
15. Allahın övliyaları pul üçün çalışmırlar.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 77-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 77-ci ayəsi nə haqqındadır?
Beləliklə, hər ikisi (yenə) yola düşdülər. Bir kəndin əhalisinə çatanda, oranın camaatından yemək istədilər. Onlar bu ikisini qonaq etməkdən imtina etdilər. (Xızırla Musa) orada uçmaq üzrə olan bir divar gördülər. (Xızır) onu(n təməlini təzələməklə, yaxud təmir etməklə, yaxud ona dirək vurmaqla) dikəltdi. Musa dedi: «Ə...
Əl-Kəhf ‏ surəsi 77-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 77-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 77-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 77-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 77-ci ayənin təfsiri nədir?
"O iki nəfər bir kənd sakini ilə rastlaşanadək yol getdilər. Həmin yerin əhlindən qida istədilər. Amma onlar bu iki nəfəri qonaq etmək istəmədilər. Həmin iki nəfər orada uçmaqda olan bir divar gördü. Xızr divarı bərpa etdi. (Musa təəccüblə) dedi: «Əgər istəsəydin, bu işə görə muzd ala bilərdin!»”NöqtələrHəmin yerin əhli Musa və Xızra yemək verməkdən imtina etdi. Amma Xızr uçmaqda olan divarı təklikdə təmir etdi.Bildirişlər1. Hər təhsil dövrünün müəyyən hərəkətə ehtiyacı var. Yeni dövrə təhsil üç...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.