Əl-Kəhf ‏ surəsi · 78-ci ayə

Dedi: «Bu (indi), mənimlə sənin aranda olan ayrılıq (vaxtı)dır. Tezliklə (indi) səni səbr edə bilmədiyin şeyin gələcəyindən (həmin işlərin hədəfindən və onların yerinə yetirilmələrinin daha xeyirli olmasının səbəblərindən) xəbərdar edəcəyəm.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 78
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"(Xızr) dedi: «Bu dəfə səninlə mənim aramda ayrılıq vaxtı çatdı. Tezliklə səni səbir edə bilmədiyin işlərin sirrindən agah edəcəyəm.»”
Nöqtələr
"Təvil” sözü qaytarmaq mənasını bildirir, məqsədə çatan və hər hansı sirrin üzərindən pərdəni götürən iş "təvil” adlanır.
Xızr Musadan onun təklifi ilə ayrıldı. Musa öz sualları, etirazları və divarın bərpasında Xızrı tək qoyması ilə bu ayrılığa zəmin yaratdı.
Musadan həyatının ən ağır dəqiqəsi haqqında soruşdular: "O dedi: "Fironçulardan xeyli böhtan eşitsəm, Bəni-İsrailin bəhanələrindən cana yağılsam da, mənim üçün ən ağır an Xızrın "ayrılıq vaxtı çatdı” dediyi andır.("Təfsire-Nurus-səqəleyn”.)
Bahar yağışı tək axsın göz yaşım,
Daş da ağlar görsə ayrılıq quşun.
Bildirişlər
1. Vüsal qədrini bilməyən insan fərağa, ayrılığa düçar olacaq.
2. Yoldaşların kiçik məzəmmətlərinə görə onları əldən verməyək. Xızr bir neçə mərhələdən sonra ayrılıq qərarına gəldi.
3. Başqalarının zehnini bacardıqca tez şübhələrdən təmizləyin.
4. Hikmət təlim etməklə insanların tutumunu artıraq.
5. Bəzən zahiri hadisələrin batini yönümü də olur.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 78-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 78-ci ayəsi nə haqqındadır?
Dedi: «Bu (indi), mənimlə sənin aranda olan ayrılıq (vaxtı)dır. Tezliklə (indi) səni səbr edə bilmədiyin şeyin gələcəyindən (həmin işlərin hədəfindən və onların yerinə yetirilmələrinin daha xeyirli olmasının səbəblərindən) xəbərdar edəcəyəm.»
Əl-Kəhf ‏ surəsi 78-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 78-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 78-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 78-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 78-ci ayənin təfsiri nədir?
"(Xızr) dedi: «Bu dəfə səninlə mənim aramda ayrılıq vaxtı çatdı. Tezliklə səni səbir edə bilmədiyin işlərin sirrindən agah edəcəyəm.»”Nöqtələr"Təvil” sözü qaytarmaq mənasını bildirir, məqsədə çatan və hər hansı sirrin üzərindən pərdəni götürən iş "təvil” adlanır.Xızr Musadan onun təklifi ilə ayrıldı. Musa öz sualları, etirazları və divarın bərpasında Xızrı tək qoyması ilə bu ayrılığa zəmin yaratdı.Musadan həyatının ən ağır dəqiqəsi haqqında soruşdular: "O dedi: "Fironçulardan xeyli böhtan eşitsə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.