Əl-Kəhf ‏ surəsi · 8-ci ayə

Şübhəsiz, Biz (bir gün) onun üzərində olanları (məhv edəcək və yeri) otsuz-susuz bir çölə çevirəcəyik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 8
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Biz (sonda) onun üzərində olanı torpaq və otsuz-ələfsiz yer şəklinə saldıq.”

Nöqtələr
"Səid” dedikdə torpaq, mütləq yer üzü başa düşülür. "Curus” isə otsuz yerdir.
Allah xalqın sınağı ilə bağlı olan "linəbluvəkum” sözünü "cəəlna” və "cailunə” sözləri arasında yerləşdirmişdir. Onlardan biri yaşıl örtüklü yerə, digəri otsuz-ələfsiz sahəyə aiddir. İşarə olunur ki, xalq yaşıllıqla quraqlıq, şadlıqla qəm arasında sınağa çəkilir. Ən mühümü isə insanın əməli və qalib gəlməsidir.
Rəvayətlərdə bildirilir ki, «gözəl əməl» dedikdə, qiyamət azuqəsi olan ağıllı və təqvalı iş nəzərdə tutulur.(Təfsire-Məcməül-bəyan”. "Təfsire-Nurus-səqəleyn”. "Təfsire-kəşful-əsrar”. "Təfsire-Dürrül-Mənsur”. )
Bildirişlər
1. Kafirlərin iman gətirməməsinin səbəbi onların dünya zirvələrinə uymasıdır.
2. Bağlar, güllər, meyvələr, heyvanlar, sular, mədənlər, rənglər, qoxular, bir sözlə yer üzündə nə varsa yerin zinətidir. İnkişaf etmiş insanlar üçün isə iman əsl zinət və yaraşıqdır.("Kafi”, c. 8, s. 398; "Təfsire-Nurus-səqəleyn”. )
3. Zinətlər sınaq vasitəsidir. Zinətlər vasitəsi ilə kimin aldanıb özünü satması, kimin əqvalı olub onları saleh əməl üçün müqəddimə qərar verməsi müəyyənləşdirilir.
4. Sınaq prinsipi insanın ixtiyar sahibi olduğunu göstərir. (O zaman sınaqdan danışmaq olar ki, insanda seçim imkanı olsun.)
5. Əməlin kəmiyyəti yox, keyfiyyəti mühümdür.
6. Gül-çiçəyin, təbiətin gözəlliyi bizi qürrələndirməsin. Hamı torpaqla bir olasıdır.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 8-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 8-ci ayəsi nə haqqındadır?
Şübhəsiz, Biz (bir gün) onun üzərində olanları (məhv edəcək və yeri) otsuz-susuz bir çölə çevirəcəyik.
Əl-Kəhf ‏ surəsi 8-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 8-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 8-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 8-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 8-ci ayənin təfsiri nədir?
"Biz (sonda) onun üzərində olanı torpaq və otsuz-ələfsiz yer şəklinə saldıq.”Nöqtələr"Səid” dedikdə torpaq, mütləq yer üzü başa düşülür. "Curus” isə otsuz yerdir.Allah xalqın sınağı ilə bağlı olan "linəbluvəkum” sözünü "cəəlna” və "cailunə” sözləri arasında yerləşdirmişdir. Onlardan biri yaşıl örtüklü yerə, digəri otsuz-ələfsiz sahəyə aiddir. İşarə olunur ki, xalq yaşıllıqla quraqlıq, şadlıqla qəm arasında sınağa çəkilir. Ən mühümü isə insanın əməli və qalib gəlməsidir.Rəvayətlərdə bildirilir ki...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.