Əl-Kəhf ‏ surəsi · 81-ci ayə

Beləliklə, Rəbblərinin onlara paklıqda (ruhunun küfr və itaətsizlikdən pak olması baxımından) daha yaxşı və mərhəmət və mehribanlıqda daha yaxın (olan bir övlad) əvəz verməsini istədik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 81
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"(Bu səbəbdən də) rəblərinin onlara bu övlad əvəzində daha pak və daha üstün birini verməsini istədik.”
Nöqtələr
"İrhaq” dedikdə bir insanı yerinə yetirilməsi çətin və üzücü işə vadar etmək nəzərdə tutulur.
Hədisdə deyilir: Allah həmin oğlanın əvəzində mömin ata-anaya saleh bir qız verdi və həmin qızdan dünyaya yetmiş peyğəmbər gəldi.(Təfsire-Məcməül-bəyan”. )
Bəzən övlad valideynin azğınlıq və küfrünə səbəb olur. Bəzən də valideyn öz övladının pak və tövhidi fitrətini küfr və azğınlığa sürükləyir.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir övlad fitri olaraq allahşünas və mömindir. Yalnız ata-ana onu dəyişir.”("Təfsire-Nurus-səqəleyn”. )
Bildirişlər
1. Allahın övliyaları boş və mənasız işlər görmür. Əlbəttə ki, onların işi zahirdə mənasız görünə bilər.
2. Övladın bədbəxtliyindən, fəsadçıllığından və azğınlığından onun ölümü daha üstündür.
3. Allahın imanlı ata-anaya xüsusi diqqəti var.
4. Bəzən cismi düşüncəyə fəda etmək lazım gəlir. Ata-ananın imanını qorumaq üçün övladı öldürmək zəruri olur.
5. Fitnə-fəsadı öncədən görüb, kökünü qazmaq lazımdır.
6. Tüğyan və azğınlıq küfr üçün zəmindir.
7. İlahi insanların iradəsi Allah iradəsidir.
8. Allahın övliyaları həm məsuliyyət daşıyır, həm də xalqın gələcəyi haqqında düşünürlər.
9. Bəzən möminin çətinliyə salınmasının səbəbi onun iman və əqidəsinin qorunması olur.
10. Əgər Allah mömindən bir şey alsa, əvəzində daha yaxşısını verər.
11. Qeyri-saleh övladın ölümü və onun yerinə saleh övladın əta olunması Allahın rübubiyyət cilvəsindəndir.
12. Övladların paklığı və salehliyi yetərli deyil. Onlar həm də ata-anaları ilə mehriban olmalıdırlar.
13. Əsas məsələ övladın oğlan və ya qız olması yox, paklığı və valideynə məhəbbətidir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 81-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 81-ci ayəsi nə haqqındadır?
Beləliklə, Rəbblərinin onlara paklıqda (ruhunun küfr və itaətsizlikdən pak olması baxımından) daha yaxşı və mərhəmət və mehribanlıqda daha yaxın (olan bir övlad) əvəz verməsini istədik.
Əl-Kəhf ‏ surəsi 81-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 81-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 81-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 81-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 81-ci ayənin təfsiri nədir?
"(Bu səbəbdən də) rəblərinin onlara bu övlad əvəzində daha pak və daha üstün birini verməsini istədik.”Nöqtələr"İrhaq” dedikdə bir insanı yerinə yetirilməsi çətin və üzücü işə vadar etmək nəzərdə tutulur.Hədisdə deyilir: Allah həmin oğlanın əvəzində mömin ata-anaya saleh bir qız verdi və həmin qızdan dünyaya yetmiş peyğəmbər gəldi.(Təfsire-Məcməül-bəyan”. )Bəzən övlad valideynin azğınlıq və küfrünə səbəb olur. Bəzən də valideyn öz övladının pak və tövhidi fitrətini küfr və azğınlığa sürükləyir.H...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.