Əl-Kəhf ‏ surəsi · 86-cı ayə

Nəhayət, günəşin batdığı yerə (ehtimal ki, Afrikanın qərbinə, okean sahilinə) çatanda, günəşi (sanki) isti və palçıqlı çeşmədə batan gördü və orada (kafir) bir tayfa tapdı. Dedik: «Ey Zülqərneyn, (onların barəsində ixtiyar sahibisən) ya əzab verər və yaxud onların haqqında gözəl bir yol tutarsan.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 86
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Elə ki, günəşin qürub yerinə çatdı, onun qara və palçıqlı çeşmədə batdığını gördü. Onun yanında bir qövm də tapdı. Dedik ki, «ey Zül-Qərneyn, ya onlara əzab ver, ya da onların arasında yaxşı yolu tut (hamısını bağışla).»”
Nöqtələr
Pis qoxulu qara və isti palçıq "həmiə” adlanır.
Bildirişlər
1. Peyğəmbərlər və Allahın övliyaları problemlərin həlli və xalqın qurtuluşu üçün təkcə dua ilə kifayətlənməz, şəxsən qiyam qaldırardılar.
2. Agah və məqsədli səyahət bəyənilmişdir.
3. Zül-Qərneyn peyğəmbər idi. Çünki Allah ona müraciət edir.
4. Bəzən müdirlər və rəhbərlər üçün səlahiyyətlər müəyyənləşdirmək lazım gəlir. (Allah Öz övliyalarına müəyyən ixtiyarlar verir.)
5. Qərbdə küfrün uzun keçmişi var.
6. Peyğəmbərlər xalqdan kənarda dayanmamalıdırlar.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 86-cı ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 86-cı ayəsi nə haqqındadır?
Nəhayət, günəşin batdığı yerə (ehtimal ki, Afrikanın qərbinə, okean sahilinə) çatanda, günəşi (sanki) isti və palçıqlı çeşmədə batan gördü və orada (kafir) bir tayfa tapdı. Dedik: «Ey Zülqərneyn, (onların barəsində ixtiyar sahibisən) ya əzab verər və yaxud onların haqqında gözəl bir yol tutarsan.»
Əl-Kəhf ‏ surəsi 86-cı ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 86-cı ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 86-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 86-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 86-cı ayənin təfsiri nədir?
"Elə ki, günəşin qürub yerinə çatdı, onun qara və palçıqlı çeşmədə batdığını gördü. Onun yanında bir qövm də tapdı. Dedik ki, «ey Zül-Qərneyn, ya onlara əzab ver, ya da onların arasında yaxşı yolu tut (hamısını bağışla).»”NöqtələrPis qoxulu qara və isti palçıq "həmiə” adlanır.Bildirişlər1. Peyğəmbərlər və Allahın övliyaları problemlərin həlli və xalqın qurtuluşu üçün təkcə dua ilə kifayətlənməz, şəxsən qiyam qaldırardılar.2. Agah və məqsədli səyahət bəyənilmişdir.3. Zül-Qərneyn peyğəmbər idi. Çü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.