Əl-Kəhf ‏ surəsi · 88-ci ayə

«Və iman gətirən və yaxşı iş görən şəxsə gəldikdə isə, onun üçün çox gözəl bir mükafat vardır və tezliklə öz əmrlərimizdən ona asan bir söz deyəcəyik (ona asan işlər buyurarıq).»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"İman gətirib saleh iş görənin isə üstün mükafatı var və onun üçün Öz tərəfimizdən bir asanlıq müəyyənləşdirəcəyik.”
Bildirişlər
1. Küfr və şirk zülmdür. İman qarşısında küfr əvəzinə zülm sözü işlədilmişdir.
2. İslam hökumətinin müşriklərlə sərt davranmaq haqqı var.
3. Zül-Qərneyn sitəmkarların tövbə edəcəyinə ümid bəsləyirdi. Ona görə də cəzaya əl atmağa tələsmirdi.
4. Dünya əzabı axirət əzabına mane olmur.
5. Dünya cəzası məlumdur, axirət əzabı isə müəyyənləşməyib.
6. Yaxşılar və pislərlə eyni cür davranmaq olmaz. İstər fərdi, istər dövləti baxımdan bu prinsip əsas götürülür.
7. Zül-Qərneyn ilahi əmrlərin icraçısı idi. Ötən ayədə ona yaxşı davranış əmr olunur.
8. İlahi rəhbərlər xalqa asan qanunlarla hakimlik etməlidirlər.
9. Sitəmkarlarla sərt, möminlərlə mülayim rəftar ilahi rəhbərlərin üslubudur.
10. İlahi rəhbər və hakimin vəzifəsi ədalətin icrası, zülmlə mübarizə və ictimai məhdudiyyətləri müəyyənləşdirməkdir.
11. Təşviq və mükafatlandırmada cürətli olun. Cəzalandırmağa isə tələsməyin. "Sin” hərfi sürət, "sovfə” sözü isə təxir nişanəsidir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 88-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 88-ci ayəsi nə haqqındadır?
«Və iman gətirən və yaxşı iş görən şəxsə gəldikdə isə, onun üçün çox gözəl bir mükafat vardır və tezliklə öz əmrlərimizdən ona asan bir söz deyəcəyik (ona asan işlər buyurarıq).»
Əl-Kəhf ‏ surəsi 88-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 88-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 88-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 88-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 88-ci ayənin təfsiri nədir?
"İman gətirib saleh iş görənin isə üstün mükafatı var və onun üçün Öz tərəfimizdən bir asanlıq müəyyənləşdirəcəyik.”Bildirişlər1. Küfr və şirk zülmdür. İman qarşısında küfr əvəzinə zülm sözü işlədilmişdir.2. İslam hökumətinin müşriklərlə sərt davranmaq haqqı var.3. Zül-Qərneyn sitəmkarların tövbə edəcəyinə ümid bəsləyirdi. Ona görə də cəzaya əl atmağa tələsmirdi.4. Dünya əzabı axirət əzabına mane olmur.5. Dünya cəzası məlumdur, axirət əzabı isə müəyyənləşməyib.6. Yaxşılar və pislərlə eyni cür da...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.