Əl-Kəhf ‏ surəsi · 91-ci ayə

(Bəli, Zülqərneynin, yer və millətlərin əhvalatı) belə idi. Və şübhəsiz, Biz onun qarşısına çıxacaq şeyi (əzəldən) bilirdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 91
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Biz bu sayaq onun imkanlarından və işlərindən xəbərdar idik. (Bizim nəzarətimiz altında idi.)”
Nöqtələr
Zül-Qərneyn qərbə səfərindən və sahil əhli arasında ədalət nizamını bərqərar etdikdən sonra şərqə üz tutdu.
Günəşdən başqa örtüyün olmaması dedikdə ibtidai, heç bir imkana malik olmayan həyat tərzi anlaşılır. İmam Sadiq (ə) buyurur: "Onlar nə bənnalıq, nə də dərzilik bacarırdılar. Günəşlə onların arasında heç bir maneə yox idi və surətləri qaralmışdı.”("Təfsire-Nurus-səqəleyn”. )
Bildirişlər
1. Saleh və məsuliyyətli insanlar çalışqan və əzmkardırlar.
2. İlahi insanlar bütün imkanları ilə məhrumların nicatı və ədalətin bərpası yolunda hərəkət edirlər.
3. İlahi insanların səfərləri və bu səfərlərin bərəkətləri haqqında söhbət dəyər və ibrətdir.
4. İstər şərq, istər qərbdə ən mühüm məsələ xalqın hidayəti və ona xidmətdir.
5. Allah fərdlərdən və onlara əta etdiyi xüsusi nemətlərdən tam agahdır. (Zül-Qərneynin səfərləri, rastlaşdığı hadisələr, xalqla söhbətlərinin bəyanı Allahın elmi əhatəsini göstərir.)

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 91-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 91-ci ayəsi nə haqqındadır?
(Bəli, Zülqərneynin, yer və millətlərin əhvalatı) belə idi. Və şübhəsiz, Biz onun qarşısına çıxacaq şeyi (əzəldən) bilirdik.
Əl-Kəhf ‏ surəsi 91-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 91-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 91-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 91-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 91-ci ayənin təfsiri nədir?
"Biz bu sayaq onun imkanlarından və işlərindən xəbərdar idik. (Bizim nəzarətimiz altında idi.)”NöqtələrZül-Qərneyn qərbə səfərindən və sahil əhli arasında ədalət nizamını bərqərar etdikdən sonra şərqə üz tutdu.Günəşdən başqa örtüyün olmaması dedikdə ibtidai, heç bir imkana malik olmayan həyat tərzi anlaşılır. İmam Sadiq (ə) buyurur: "Onlar nə bənnalıq, nə də dərzilik bacarırdılar. Günəşlə onların arasında heç bir maneə yox idi və surətləri qaralmışdı.”("Təfsire-Nurus-səqəleyn”. )Bildirişlər1. Sa...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.