Əl-Kəhf ‏ surəsi · 92-ci ayə

Sonra o, (yer üzünün şimal istiqamətinə səfər etmək məqsədi ilə) bir səbəbin arxasınca getdi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 92
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Sonra (digər bir səfər üçün ixtiyarında olan səbəblərdən) başqa bir səbəb sorağınca getdi. Nəhayət iki sədd arasına yetişdi. Həmin iki dağın arxasında sanki heç bir söz anlamayan bir qövm tapdı.”
Nöqtələr
Ötən ayədən göründüyü kimi xalq Zül-Qərneynin kamalından, qüdrətindən, canıyananlığından və ləyaqətindən xəbərdar idi və ən böyük çətinlikləri olan asayiş məsələsinin Zül-Qərneynin əli ilə həll olacağını düşünüb onunla söhbətləşdilər. Onların anlaqsızlığının qeydi mədəniyyətlərinin aşağı olmasına işarədir. Necə ki, "Nisa” surəsinin 78-ci ayəsində oxuyuruq: "Nə üçün bunlar heç bir söz anlamırlar?” Əlbəttə ki, ayədə həmin qövmün dil bilməməsi yox, düzgün yolda olmaması nəzərdə tutulur.
Bu surədə üç əhvalat nəql olunur. Hər bir əhvalatda hərəkət və hicrət özünə yer almışdır: Kəhf səhabələrinin hicrəti, Xızrla görüş üçün Musanın hicrəti, Zül-Qərneynin hicrəti. İlkin hicrətdə məqsəd imanı qorumaq idi. İkinci hicrətdə məqsəd bilik əldə etmək, üçüncü hicrətdə məqsəd məhrumların xilası idi.
Bildirişlər
1. Təbiətə hakim qanunları kəşf edib işə salmaq lazımdır.
2. Hər bir hərəkət, məqsəd və səfərin xüsusi bir vasitəyə ehtiyacı var.
3. İlahi insanlar üçün rahatlıq, fərağət, bir yerdə dayanmaq mənasızdır.
4. Rəhbərlər digər məntəqələrə də baş vurub, ətrafdakı cərəyanlardan xəbər tutmalıdırlar.
5. Hərəkət və çalışmaq yoxsa, ehtiyaclar və gerçəklik öyrənilməmiş qalar.
6. İstər mütərəqqi, istər geri qalmış məhrum kütləyə xidmət dəyərdir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 92-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 92-ci ayəsi nə haqqındadır?
Sonra o, (yer üzünün şimal istiqamətinə səfər etmək məqsədi ilə) bir səbəbin arxasınca getdi.
Əl-Kəhf ‏ surəsi 92-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 92-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 92-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 92-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 92-ci ayənin təfsiri nədir?
"Sonra (digər bir səfər üçün ixtiyarında olan səbəblərdən) başqa bir səbəb sorağınca getdi. Nəhayət iki sədd arasına yetişdi. Həmin iki dağın arxasında sanki heç bir söz anlamayan bir qövm tapdı.”NöqtələrÖtən ayədən göründüyü kimi xalq Zül-Qərneynin kamalından, qüdrətindən, canıyananlığından və ləyaqətindən xəbərdar idi və ən böyük çətinlikləri olan asayiş məsələsinin Zül-Qərneynin əli ilə həll olacağını düşünüb onunla söhbətləşdilər. Onların anlaqsızlığının qeydi mədəniyyətlərinin aşağı olmasın...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.